Rio-2016-ya vəsiqəni təmin etmiş taekvondoçumuz Avropa çempionatında çıxış edəcək

DSC_6950Mayın 19-dan 22-dək İsveçrənin Montre şəhərində taekvondo üzrə Avropa çempionatı keçirilicək. Yarışda ölkəmizi kişi və qadınlar arasında taekvondo üzrə yığma komandamızın üzvləri təmsil edəcəklər. Qeyd edək ki, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman Klubunun təmsilçisi Patimat Abakarova (53 kq) da yığma komandanın heyətində bu yarışda ölkəmizi təmsil edəcək. I Avropa Oyunlarının bürünc mükafatçısı olan Patimat bu il Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək. Xatırladaq ki, taekvondoçumuz Rio-2016-ya vəsiqəni Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Təsnifat Turnirində qazanıb.

 

 

Bu xəbərə də bax

Taekvondoçumuz  Avropa çempionatının bürünc medalına sahib çıxıb

 Mayın 10-dan 13-dək Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatına yekun vurulub. Yarışda yığma …