Ramazan bayramına həsr olunmuş futzal üzrə birincilik uğurla yekunlaşdı

İyulun 9-da Azərbaycan Dövlət Neft Akademiyasının idman zalında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”İK-nın Ramazan bayramına həsr olunmuş futzal üzrə birinciliyi keçirilib. 2003-2005-ci illər təvəllüdlü kiçikyaşlı yeniyetmələr və 2000-2002- ci illər təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışda 5 komandanın (hər birində 12 nəfər) tərkibində 60 idmançı çıxış edib. Gərgin keçən qarşılaşmalardan sonra qaliblər müəyyənləşib. Yekun nəticəyə əsasən “Gömrükçü-5” komandası birinci, “Gömrükçü-2” komandası ikinci, “Gömrükçü-4” komandası isə üçüncü pillədə qərarlaşıb. Qalib və mükafatçılar “Gömrükçü”İK tərəfindən diplom medal və hədiyyələrlə mükafatlandırılıblar. Bununla yanaşı “Ən məshuldar oyunçu”, “Ən texnikalı oyunçu”, “Ən yaxşı qapıçı” nominasiyalarında da idmançılar müvafiq diplomlarla təltif olunublar.  DSC_1022

DSC_086598

DSC_0893

DSC_1101

DSC_0973

DSC_0942

DSC_0956

DSC_1145

DSC_1110

DSC_1151

DSC_1194

DSC_1199

DSC_1201

DSC_1202

 

Bu xəbərə də bax

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında keçirilən futzal üzrə ənənəvi çempionatın püşkatma mərasimi keçirilib

Fevralın 15-də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan …