Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnir keçirilib

20151028034531

Oktyabrın 26-28-də Bakı İdman Sarayında 1999-2000-ci illər təvəllüdlü yeniyetmələr arasında Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş sərbəst və yunan-roma güləşi üzrə açıq Respublika seçim turniri start götürüb.

Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan turnirin açılış mərasimi idmançıların paradı ilə başlayıb. Yarışda ölkənin müxtəlif bölgələrindən 350-dək idmançı mübarizə aparıb.

Yarışların ilk günündə yunan-roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kq çəki dərəcəsində 120 yeniyetmə pəhləvan qüvvəsini sınayıb. Xatırladaq ki, bu yarışa Dövlət Gömrük Komitəsi  İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idmançıları da fəal şəkildə mübarizəyə qoşulublar.

Klubumuzun idmançısı Tehran Əminov yunan-Roma güləşi üzrə 100 kq-da birinci yerə layiq görülüb. İdmançımızı bu yarışa şəxsi məşqçisi Xəzər İsayev hazırlayıb.

 

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.