Qılıncoynatma

09076d089e51833f2114661308868f5d

Qılıncoynatma-qılıncla döyüş fəaliyyətidir. Bu günümüzdə qılıncoynatmanın ən geniş yayılmış versiyası silah kateqoriyalarına görə üç yerə bölünür: rapira, qılınc və şpaqa. Klassik qılıncoynatmada eyni zamanda üç silahdan istifadə edilir. Konkurs qılıncoynatma müasir Olimpiya Oyunlarının hər birində xüsusiləşmiş olan beş idman növündən biridir.

Müasir qılıncoynatmanın vətəni bir neçə kitabda qılıncoynatma haqqında məlumat veriliən İspaniya sayılır. Qərb qılıncoynatması üzrə qədim dərsliklərin biri 1458-1471-ci illər arasında Dieqo de Valerin tərəfindən yazılıb.Müasir qılıncoynatmanın mexanikası intibah dövründə İtaliyada qılıncoynatma məktəbində 18-ci əsrdə yaranıb və onların təsiri altında, qılıncoynatma Fransız məktəbi tərəfindən təkmilləşdirilmişdir.Qılıncoynatmanın İspan məktəbində olan durğunluğu İtalyan və Fransız məktəbləri tərəfindən əvəzlənib.

 

Qılıncoynatma idman növünün  Sovet dövründə olan tarixi

Zabitlər evində yerləşən bazada 1926-ci ildə Tolstoy ailəsi Qılıncoynatma klubu yaratmışdı.İlk ümum ittifaq spartakiadası 1928-ci ildə keçirilmişdi, həmin yarışda Azərbaycanın Qılıncoynadanı iştirak etmişdir.Rəsmi qaydada Azərbaycanda Qılıncoynatma idman növü 1930-cu ildə İdman İnistitutu yaranışından sonra yaradılıb. Ordunun sabiq zabiti sonralar qırmızı ordunun zabiti Lev Vasilyeviç Qolovnya spisialist qismində ora istiqamətləndirilmişdir. O, Azərbaycanın Qılıncoynatma idman növünün yaradıcısıdır.1936-ci ildə Azərbaycanın Qılıncoynadanları Saratov şəhərində ümumittifaq turnirində iştirak etmişdilər, sonra müharibə başlandığı dövründə qılıncoynadanların əksəriyyətini təlimatçı qismində Salyan kazarmalarına göndərilmişdilər. İlk Azərbaycan çempionatı 1945-ci ildə keçirilmişdir. İlk Azərbaycan çempionu Ənvər Karamanov oldu, Qadınlar arasında isə rapira novündə onun həyat yoldaşı  Yelena Karamanova oldu. İdman ustası dərəcəsi 1930-cu ildə daxil edilmişdir, buna baxmayaraq bu idman növündə idman ustası yox idi. İlk idman ustası 1951-ci ildə təltif olundu. İlk Azərbaycan Qılıncoynadanlarının uğuru 1961-ci ildə oldu. Karalina Mirzoyeva  SSRİ çempionatının qalibi olmuşdur, növbəti ildə Misir ölkəsində keçirilən Gənclər arasında dünya çempionatının qalibi oldu.1970-ci illərədək bu yeganə nailiyyət idi.1971-ci ildə komandanın baş məşqçisi Yaşar Məmmədovun gəlişi ilə uğurlar artmağa başdadı. XX əsrin 80-cı illəri Azərbaycanın Qılıncoynatma idman növünün yüksəlişi idi.

İlqar Məmmədov – İki qat Olimpiya çempionu komanda daxilində (1988,1996), SSR-in əməkdar idman ustası, 1989-cu ildə komanda daxili dünya çempionu, 1995-ci ildə dünya çempionatının gümüş mükafatçısı, 4 qat Avropa kubokunun sahibi (1995,1996,1998,2000) Dəfələrlə SSRİ və Rusiya çempionatlarının mükafatçısı və qalibi,SSRİ və Russiya kubok yarışlarının qalibi. Hal hazırda Rusiya Federasiyasının Qılıncoynatma Federasiyasının yığma komandasının baş məşqçisi vəzifəsində çalışır.

Boris Koreski – 1988-ci ilin komanda daxilində rapira növü üzrə Olimpiya çempionu, 1989-cu ildə komanda daxilində rapira novü üzrə dünya çempionu, 1990-ci ildə komanda daxilində dünya çempionatının bürünc mükafatçısı, 1989-ildə SSRİ  çempionu,  1985-ci ildə SSRİ kubokunun sahibi, SSRİ əməkdar idman ustası.

Samir İbrahimov – 1991-ci ildə komanda daxilində sablə novü üzrə dünya çempionu, 1991-ci ildə SSRİ çempionu, SSRİ beynəlxalq dərəcəli idman ustası.

1985-ci ildə rapira növü üzrə yığma komandası SSRİ çempionu oldu və 90-cı illərin əvvəlinə qədər dəfələrlə SSRİ çempionatının mükafatçısı olmuşdu.

 

  1. Qılıncoynatma idman növünün müstəqillik dövründə olan tarixi.

Azərbaycan Qılıncoynatma Federasiyası 28 aprel 1992-ci ildə yaradılmışdır. İlk Federasiyasının prezidenti Azərbaycanın əməkdar məşqçisi Yaşar Məmmədov seçilmişdir.Bir ay sonra Azərbaycanın Qılıncoynatma Federasiyası Beynəlxalq Qılıncoynatma Federasiyasının üzvü seçildi. İqtisadi səbəblərə və Qarabağ münaqişəsinə görə bir çox idmançılar və məşqçilər Azərbaycanı tərk etmişdilər. Buna baxmayaraq 90-ci illərdə bizim idmançılar bir çox Beynəlxalq,dünya və avropa çempionatlarında iştirak edirdilər. 90-ci illərin sonunda Yelena Jemayevanın beynəlxalq arenada çıxışlarına görə nailliyətləri artmağa başladı.

Yelena Jemayeva – İki qat dünya çempionu, avropa çempionu, iki qat dünya kubokunun sahibi, 2004-ci ildə olimpiya oyunlarında VII yer. Yelena Jemayeva qadın sablə növü üzrə ilk dünya çempionu kimi tarixi düşmüşdür. 2012-ci ildə olimpiya oyunlarında Sabina Mikina Azərbaycanı təmsil etmişdir.

Qılıncoynatma idman növü Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunda  30 sentyabr 2014-cü il tarixində yaradılmışdır.

Rəhbərliyin diqqəti və qayğısı nəticəsində tez bir zamanda yüksək nəticələr əldə edilmişdir. Belə ki,  16-20 oktyabr 2014-cü il tarixlərində qılınc oynatma idman növü üzrə Gürcüstanın Zastefani şəhərində Gürcütanın Beynəlxalq Kuboku keçirilmişdir. Azərbaycan yığma komandası da bu yarışda iştirak etmişdir.Yığma komandanın heyyətində  “Gömrükçü” İdman Klubununun idmançıları da iştirak edərək mükafatçılar arasında olmuşlar.

Beləliklə qadınlar arasında Klubun idmançılarından

 

  1. Xudaverdiyeva Elmira Namusovna qızı III yer
  2. Hüseynova Samirə Natiq qızı V yer

Kişilər arasında Klubun idmançılarından isə:

  1. Əliyev Kənan Əjdər oğlu I yer
  2. NəsibovVəkil Yasinoğlu III yerə layi görülmüşlər.

 

13-14 Dekabr 2014-cü il tarixlərində Türkiyənin Kocaeli şəhərində Qılıncoynatma idman növü üzrə Beynəlxalq Turnir  keçirilmişdir.

Turnirdə Braziliya, Argentina, Avstriya, İtaliya, Makedoniya, Sloveniya, Küveyt, Belarusiya, Türkmənistan, Gürcüstan, Azərbaycan və ev sahibliyi etmiş Türkiyə də olmaqla 23 ölkədən şpaqa və rapiraçılar iştirak edib. Ölkəmizi ümumilikdə 5 kişi, 5 qadın şpaqaçı təmsil edib. Onlardan 7-si “Gömrükçü” İdman Klubunun , 3-ü isə “Fencing” klubunun üzvləridir. Yarışda 52 kişi idmançı arasından Əliyev Kənan 9 qələbədən sonra yarımfinalda İtaliyalı rəqibi  Dandrassi Edoardoya məğlub olaraq “Gümüş” medala sahib olub.Yarışın final turunda “Gömrükçü” İdman Klubunun idmançısı  Nəsibov Vəkil İtaliyalı rəqibinə məğlub olaraq bürünc medalla kifayətlənməli olub.Yarışda 47 qadın idmançı arasından Hüseynova  Samirə 5 qələbədən sonra 11-ci yerə, Xudaverdiyeva Elmira 3 qələbədən sonra 20-ci yerə sahib olub. Hər iki təmsilçi “Gömrükçü” İdman Klubunun idmançısıdır.

 

02  mart 2015-ci il tarixlərində “5 mart Bədən Tərbiyəsi və İdman günü” nə həsr olunmuş Azərbaycan Qılıncoynatma İdman Federasiyasının idman zalında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun Qılıncoynatma idman növü üzrə qadınlar və kişilər arasında açıq birinciliyi keçirilmişdir. Qılıncoynatma idmanının şpaqa növü üzrə 25 idmançı (kişilər və qadınlar) iştirak edirdi.Yarışlar şəxsi birincilik xarakteri daşıyırdı.

 

Yarışlarda qadınlar arasında mübarizə aparan idmançılarmızdan

Hüseynova Samirə Natiq qızı –I yer

Məlikova Məryəm Asəf qızı – II yer

Xudaverdiyeva Elmira Namusovna qızı – III yer

Məlikova Nübar Asəf qızı – III yer

Kişilər arasında mübarizə aparan idmançılarmızdan isə

Əliyev Kənan Əjdər oğlu – I yer

Nəsibov Vəkil Yasin oğlu – II yer

Yusufov İslam İlyeneviç  -III yer

Məhərrəmov Nəcəf Musa oğlu – III yeri tutmuşdur.

Xatırladaq ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak edəcək “Gömrükçü” İdman Klubunun idmançıları arasında Qılıncoynatma idman növündən 8 idmançımız lisenziya əldə etmişdir. Bunlar aşağıdakılardır:

  1. Əliyev Kənan Əjdər oğlu
  2. Namazov Etibar Əmirxan oğlu
  3. Məmmədov Fərid Fərahim oğlu
  4. Nəsibov Vəkil Yasin oğlu
  5. Hüseynova Samirə Natiq qızı
  6. Xudaverdiyeva Elmira Namusovna qızı
  7. Məlikova Məryəm Asif qızı
  8. Məlikov Nübar Asif qızı