Qılıncoynatma üzrə açıq birincilik keçirilib

IMG_8409

Dekabrın 31-də Azərbaycan Qılıncoynatma Federasiyasının idman zalında Dünya Azərbaycanlıların Həmrəylik günunə həsr olunmuş Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun qılıncoynatma idman növü üzrə açıq çempionatı keçirilib. Yarışlar qadınlar və kişilər arasında şpaqa növü üzrə təşkil edilib. Çempionatda “Gömrükçü” İdman Klubu, 8 saylı UGİM və “Fencing” İdman Klubundan idmançılar iştirak ediblər. Qeyd olunan yarış şəxsi birincilik xarakteri daşıyıb.

Qadınlar arasında mükafatalayiq yerləri tutan idmançılar: 

1. Elmira Xudaverdiyeva  (“Gömrükçü” İK)

2. Məryəm Məlikova (“Fencing” İK)

3. Samirə Hüseynova (“Gömrükçü” İK)

3. Nübar Məlikova (Fencing İK)

Kişilər arasında mükafatalayiq yerləri tutan idmançılar: 

1. Nəcəf Məhərrəmov (“Gömrükçü” İK)

2. Etibar Namazov (“Gömrükçü” İK)

3. Fərid Məmmədov (“Gömrükçü” İK)

3. Vəkil Nəsibov (“Gömrükçü” İK)

IMG_8415

IMG_8474

IMG_8385

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.