Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman Klubunun təmsilçiləri  və onların məşqçiləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayev, cüdo üzrə Avropa çempionatının qalibləri-İslam Rəhimov  (55kq) və Xəyal Həsənov (50kq), eləcə də klubun məşqçi-müəllim heyəti iştirak edib. Çıxış edən MOK-un vitse-prezidenti idmançılarımızın qazandıqları nəticələri yüksək qiymətləndirib. O qeyd edib ki, bu, təkcə “Gömrükçü”İdman Klubunun deyil, bütün Azərbaycanın uğurudur. “Bu uğur bir daha göstərir ki, Azərbaycan idman ölkəsidir və respublikamızda kiçik yaşlı idmançılar arasında da peşəkar idmançılar yetişir”,-deyə o bildirib. 

Vitse-prezident idmançılara və məşqçi-müəllimlərə qarşıdakı yarışlarda da uğurlar arzulayıb. 

Bu xəbərə də bax

Narkomaniyaya qarşı mübarizə mövzusunda görüş keçirilib

Müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal  problemdir. Təəssüf ki, “Ağ ölüm” təhlükəsi ölkəmizdən …