Qəbələdə taekvondo üzrə birincilik keçirildi

DSC_7409

Sentyabrın 3-də Qəbələ şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzin yaranmasının 15-illik yubileyinə həsr olunmuş taekvondo idman növü üzrə açıq birinciliyi keçirilib.

Öncə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru,Gömrük Xidməti polkovniki,Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev  başda olmaqla, eləcədə digər əməkdaşlar və Azərbaycan Taekvondo Federasiyasının nümayəndəsi Rəşad Əhmədov Qəbələ şəhər mərkəzində yerləşən, xalqımızın ümummilli lideri, müasir dövlətimizin memarı və quruçusu Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad etmiş və abidənin onünə əklil qoymuşlar.

Sonra yarışının rəsmi açılış mərasimi keçirilmişdir. Açılış mərasimdə Xəzər İsayev və Rəşad Əhmədov idmançılar qarçısında çıxış edərək yubiley münasibəti ilə təşkil edilən turnirin əhəmiyyətindən söz açaraq və dövlətimizin idmana göstərdiyi qayğıdan, eləcə də taekvondo federasiyasının rəhbərliyi tərəfinin idmançılar üçün yaradılan şəraitdən, taekvondonun inkişafından və əldə olunan son nailiyyətlərdən bəhs eiblər. Yarışa dövlət himninin səslənməsi ilə start verilib.

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi və Azərbaycan Taekvondo Federasiyası (ATF) tərəfində təşkil edilən yarışda 2003-2005-ci illər təvəllüdlü kiçik yaşlı yeniyetmələr və 2000-2002-ci illər təvəllüdlü yeniyetmələr mübarizəyə qoşulublar. Respublikanın bölgələrində fəaliyyət göstərən 13 komandadan 150 idmançının qatıldığı açıq birinçilik, Qəbələ şəhər Olimpiya İdman Kompleksində baş tutub. Gərgin keçən mübarizənin sonunda qaliblərə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi tərəfindən medal,diplom və digər qiymətli  mükafatlar təqdim olunub.

Bu yarışda Ədalətli Oyunlar Prinsiplərinə sadiq

“Ən yaxşı hakim” nominasiyasında Nuriyev Rahim Qələmşah oğlu

“Ən yaxşı məşqçi” nominasiyasında Kazımov Kazım Eraz oğlu

“Ən yaxşı idmançı” nominasiyasında Məmmədov Nicat Nadir oğlu

Xəzər İsayev tərəfindən mükafatlandırılıb.

DSC_7235

DSC_7275

DSC_7582

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.