Powerlifting

 

Poverliftinq (ing.”power”-güc+lift-qaldırmaq) deməkdir və ya üç növçülük idman növüdür.Poverliftinq üç növ idman hərəkətindən ibarət idman növüdür.

1.Çiyinlər üstə ştanq ilə oturub durmaq.

2.Uzanaraq ştanqı sinədən qaldrmaq.

3.Ayaq üstə ştanqı yerdən qaldırmaq.

Yekunda bu üç hərəkətdən sonra idmançıların nəticələri təyin olunur.Son  nəticələrə idmançıların şəxsi çəkiləri böyük təsir göstərir.Nəticələr eyni olanda bu zaman idmançıların şəxsi çəkilərini nəzərə alaraq qalibi təyin edirlər.

Tarixçəsi

Bu idman növünün ilk yaranmasında bir neçə hərəkət mövcud idi. Artıq 50-ci 60-cı illərdə bu idman növü müasir formaları almağa başladı.60-cı illərin ortalarında bu idman növünün qaydaları təyin olundu və ardıcıl olaraq yarışlar keçirilməyə başlandı.1972-ci il noyabr ayında Beynəlxalq Poverliftinq Federasiyası yarandı.1973-cü il noyabr ayında isə ilk Dünya çempionatı keçirilmişdir.İlk dəfə qadın idmançılar isə  1980-cı ildə ABŞ-ın Loulelli Massacusets ştatında keçirilən Dünya çempionatında iştirak etmişdilər.1989-cu ildə İPF kişilər və qadınlar arasında ümumi yarış keçirilmişdir. 1986-cı ildə Ümumdünya Poverliftinq konqresi yarandı.1963-cü ildə poverliftinq parolimpiya idman növlərinə daxil edilib.2000-ci ildə keçirilən parolimpiya oyunlarında qadınlar da iştirak eləyiblər.

Poverliftinq idmanında üç növçülük disiplinadan əlavə tək bir hərəkətlərdən də yarış keçirilir.Əsasən bu yarış uzanaraq ştanqı sinədən sıxmaqla keçirilir.Bu cür yarışlar əsasən paraolimpiya idman növlərində çıxış eliyənlər üçün keçirilir.Poverliftinqdə federasiyaların və qaydaların sayının çoxluğu poverliftinqin olimpiya oyunlarına daxilini mümkünsüz edir.Buna baxmayaraq poverliftinq dünya idmanının bir hissəsi sayılır və Beynəlxalq Olimpiya Komitəsinin nəzərindədi.Beynəlxalq Poverliftinq Federasiyasının olimpiya oyunlarına bu yarışları salmaq məqsədi ilə Beynəlxalq yarışları standartlaşdırmaq istəyindədi.Uzun proseslərdən sonra 2004-cü ildə İPF BOK-un razılığını ala bildi.Bununla yanaşı WADA-nın kodeksinə qol çəkdi.Belə bir addımlar poverliftinq idman növünü olimpiya idman növü kimi təsdiqlənməsinə bir daha da yaxınlaşdırır.2013-cü ilin statistikasına görə 108 ölkə İPF-nın üzvü oldular.

 

Bu idman növü Dövlət Gömrük Kömitəsi İdman Sağlamlıq Mərkəzi yaranan ilk gündən etibarən mərkəzdə fəaliyyətini davam etdirmişdir. Rəhbərliyin idmançılara qayğı və başçılığı altında idmançılarımız bir çox ölkədaxili və ölkə xarici turnirlərdə uğurlar əldə etmişdir.

06-14 iyun 2015-ci il tarixlərində Latviyanın Riqa şəhərində Olimpiya İdman Mərkəzində kişilər arasında Powerlifting idman növü üzrə Avropa çempionatı keçirilmişdir. Çempionatda 31 ölkənin 489 idmançısı iştirak eləyirdi. Bu yarışda Azərbaycanın yığma komandasının tərkibində Bakı Baş Gömrük İdarəsinin böyük mühafizəçisi gömrük xidməti mayoru eyni zamanda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idmançısı Əliyev Bayram Əyyub oğlu 82, 5 kq çəki dərəcəsində iştirak edib 245 kiloqram ağırlıq qaldıraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa çempionatının qalibi olmuşdur.

İdmançılarımızın digər uğurları aşağıdakı kimidir:

Əliyev Bayram-Azərbaycan çempionatı III yer 2011

Quliyev Bəxtiyar-Dünya çempionatı I yer 2010

Namazov Vüqar-Dünya çempionatı I yer 2009

Quliyev Bəxtiyar-Dünya çempionatı I yer 2009

Əliyev Bayram-Azərbaycan çempionatı I yer 2008

Əliyev Bayram-Azərbaycan Kuboku I yer 2008

Əliyev Bayram-Avropa çempionatı II yer 2008

Əliyev Bayram-Avropa Kuboku I yer 2006

Namazov Vüqar-Avropa çempionatı-I yer 2005

Namazov Vüqar-Avropa çempionatı-I yer 2003

Namazov Vüqar-Avropa çempionatı-I yer 2003

 

İdmançılarımıza gələcək yarışlarda uğurlar arzulayırıq.