Poverliftinq üzrə Azərbaycan çempionatı keçirilib

IMG_20160313_223401

Martın 11-13-də  poverliftinq üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi “Gömrükçü” İdman Klubunun poverliftinq idman bölməsinin idmançıları da iştirak ediblər. 2 gün davam edən yarışda idmançılarımız uğurlu nəticələr əldə ediblər. Bayram Əliyev sinədən qaldırmada 82,5 kq çəki dərəcəsində 237,5 çəkini  qaldıraraq  qalib olub. İdmançımızı bu yarışa məşqçi Namiq Cəfərovun rəhbərliyi altında hazırlaşıb. Komandamızın digər üzvü Ramil Əhmədov təchizatda (82,5 kq) 3 hərəkətin cəmində 832,5 çəkini  qaldıraraq çempion olub. İdmançımızı bu yarışa məşqçi-müəllim Şəmsi Bayramov hazırlayıb. Elnarə Quliyeva 48 kq çəki dərəcəsində 3 hərəkətin cəmində ümumilikdə 230 kq çəkini qaldıraraq  I yerə çıxıb. İdmançımızı bu yarışa məşqçi İbrahim İbrahimov hazırlayıb. Akşin İsmayılov sinədən qaldırmada  75 kq çəki dərəcəsində 210 çəkini qaldıraraq  I yerin sahibi olub. İdmançımızı bu yarışa Namiq Cəfərov hazırlayıb. Çempionatda komandamız ümumi hesabda II yerə çıxıb.

DSC_1416

Bu xəbərə də bax

DGK İSM “Gömrükçü”İK-nın boks üzrə açıq birinciliyi keçirilib

  Oktyabrın 21-də Ramil Səfərov adına “Cənub” İdman Klubunun boks zalında Müstəqillik gününə həsr olunmuş Dövlət …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.