Olimpiya oyunları çoxəsrlik şanlı tarixə malikdir

ancientolympicgames1Qədim Olimpiya Oyunları bizim eradan əvvəl 776-cı ildə Qədim Yunanıstanda Olimpiya şəhərində keçirilib. 5 gün ərzində keçirilən qədim Olimpiadalar zamanı müharibələr dayandırılır və Oyunların keçirilməsi sülh rəmzi daşıyırdı. Klassik dövrdə Oyunların proqramına ikitəkərli arabalarda yürüş, yumruq döyüşü, beşnövçülük (qaçmaq, nizə və disk tullama, uzununa tullanma və güləşmə) və incəsənət müsabiqələri daxil idi.  Olimpiya Oyunları 1170 il davam etmişdir. Roma İmperatoru I Feodosi 394-cü ildə Olimpiadanın keçirilməsini qadağan etmişdir. O vaxtadək 293 Olimpiya oyunları keçirilmişdir. İdman yarışlarını insanların beynindən silmək üçün I Feodosi 32 il sonra Olimpiya şəhərini yandırmağı əmr etmişdi. Daha sonra isə Olimpiya abidələri baş verən zəlzələdən sonra torpağın altında qalaraq yer üzündən silinmişdir.
Pierre_de_Coubertin_Anefo
Müasir Olimpiya Oyunlarının bərpası fransız baronu Pyer de Kubertenin adı ilə bağlıdır. 1882-ci ilin yayında Yunanıstana səyahət edən 19 yaşlı Pyer de Kuberten Olimpiya şəhərinə ilk səfərini edir. Səyahətdən sonra Kuberten «Olimpiya utopiyası» ideyası ilə çıxış edir. Burada məqsəd antik Olimpiya oyunlarının bərpası olur. XIX əsrin sonlarında P.Kuberten Olimpiya oyunlarının bərpası ilə ardıcıl məşğul olur və 1894-cü ildə o, bu məsələni beynəlxalq konqresin müzakirəsinə çıxarır. 1894-cü il iyunun 23-də Parisin Sarbonna Universitetində keçirilən konqresdə Amerika və Avropanın 12 ölkəsindən təşrif buyuran idman nümayəndələrinin iştirakı ilə Olimpiya oyunlarının bərpası, ilk müasir olimpiadanın isə 1896-cı ildə Afinada keçirilməsi haqda qərar qəbul edilib. 1894-cü il iyunun 23-də Paris konqresində Beynəlxalq Olimpiya Hərəkatının rəsmi rəhbər orqanı olan Beynəlxalq Olimpiya Komitəsi də təsis edilir. Beynəlxalq Olimpiya Hərəkatında misilsiz xidmətləri olan, muasir Olimpiya oyunlarının banisi Ryer de Kubertenin ürəyi vəfatından sonra sağlığında etdiyi vəsiyyətə görə 1961-ci ildə martın 26-da qədim stadionda torpağa tapşırılıb. 2013-cü ildən Beynəlxalq Olimpiya Komitəsinə  almaniyalı Tomas Bax rəhbərlik edir. Təşkilatın mənzil-qərərgahı İsveçrənin Lozanna şəhərində yerləşir.
Beynəlxalq Olimpiya Komitəsinin üzvləri milli olimpiya komitələri deyil, 115 nəfərdən çox olmayaraq fiziki şəxslərdir. Onlardan 70-i hansısa vəzifə və fəaliyyətlə bağlı olamamalıdır, 15-i fəaliyətdə olan idmançı, 15-i beynəlxalq idman federasiyalarının təmçilçiləri, 15-i milli olimpiya komitələri və ya assosiasiyalarının nümayəndələri olmalıdır. Milli olimpiya komitələri Beynəlxalq Olimpiya Komitəsinin tanınması ilə fəaliyyət göstərirlər. Hazırda BOK-a 205 MOK daxildir.

The Opening Ceremony at the 1896 Athens Olympics.
         1896-cı il Afina Olimpiya Oyunlarının açılış mərasimi

1894-cü ildə beynəlxalq Olimpiya Komitəsi (BOK) və onun nizamnaməsi və qaydaları əks olunmuş Oimpiya xartiyası qəbul edilib. Olimpiya xartiyası BOK-un nizamnamə sənədidir. Olimpiya Xartiyasında BOK-un bayrağının təsviri verilmişdir. Olimpiya bayrağı ağ kətan üzərində beş – ağ, sarı, yaşıl, qara, qırmızı və bir-birinə keçirilmiş həlqələrin təsvirindən ibarətdir. olympic-ringsHesab edirlər ki, beş həlqə – beş (Avropa, Asiya, Avstraliya, Afrika və Amerikaya) qitəni simvolizə edir. İstənilən dövlətin bayrağında Olimpiya həlqəsində təsvir olunan beş rəngdən birinə mütləq rast gəlmək olar. Olimpiya həlqəsində təsvir olunan göy rəng Avropanı, qara Afrikanı, qırmızı Amerikanı, sarı Asiyanı, yaşıl Avstraliyanı göstərir. Olimpiya bayrağı ilk dəfə 1920-ci ildə VII Olimpiya Oyunlarında qaldırılıb. 1920-ci ildən başlayaraq Olimpiya emblemi ilə barəbər Olimpiya devizindən istifadə olunmağa başlanıb. Olimpiya oyunlarının devizi azəbaycanca “Ən çevik, ən güclü”, ən yaxşı» deməkdir. 1896-cı ildən qüvvəyə minən Olimpiya oyunlarının prinsipi belədir: «Olimpiya oyunlarında əsas qələbə deyil, iştirakdır».  first_olympic_torch_relayOlimpiadalarda müqəddəs odun alovlandırılması ritualı qədim yunanlara məxsusdur və bu ənənə 1912-ci ildə Kuberten tərəfindən yenidən bərpa edilib. Olimpiya stadionunda məşəlin yandırılması hadisəsi yay Olimpiya oyunlarında 1928-ci ildən, qış Olimpiya oyunlarında isə 1952-ci ildən həyata keçirilir.
Olimpiya xartiyasına müvafiq olaraq Olimpiya oyunlarını keçirmək şərəfi ölkəyə deyil, yalnız şəhərə məxsusdur. Olimpiya oyunlarının paytaxtını seçmək hüququ Beynəxalq Olimpiya Komitəsinin hüququna aiddir və paytaxt-şəhərin seçilməsi prosesi növbəti olimpiadadan 6 il əvvəl başa çatmalıdır. İndiyədək 30 yay Olimpiya Oyunları keçirilib. Rio-de Janeyroda 31-ci yay Olimpiya Oyunları keçiriləcək. Qış Olimpiya Oyunları 1924-cü ildən keçirilir. İndiyədək 22 Qış Olimpiya oyunları təşkil edilib. 120815-rome-paralympics-1960-kb-1212p-01_photoblog6001960-cı ildə Romada 1-ci Paralimpiya Oyunları keçirilib. 1988-ci il Seul Yay Olimpiya Oyunlarından və 1992-ci il Albervil Qış Olimpiya Oyunlarından etibarən Paralimpiya Oyunları Olmpiya oyunları ilə eyni yerdə və eyni ildə keçirilir.
olympic-medal-history

27th April 1908: Norwegian and Swedish competitors march past the Royal Box during the opening ceremony of the 1908 London Olympics. (Photo by Hulton Archive/Getty Images)

Bu xəbərə də bax

MOK-un vitse-prezidenti  Xəzər İsayev Türkiyədə “Fair Play Dostluq Nişanı” ilə təltif edilib

Noyabrın 17-də Belçikanın paytaxtı Brüsseldə “Dünya Ədalətli Oyunlar Mükafatları-2016”-nın, noyabrın 20-də isə Türkiyənin İstanbul şəhərində …