Müşfiq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb

file1263817780204

Yanvarın 16-da Hövsan Olimpiya İdman Kompleksinin idman zalında sərbəst güləş üzrə idman ustası, 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş 19-cu ənənəvi beynəlxalq güləş turniri keçirilmişdir.

Yarış iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar. Sonra onlar Şəhidlər xiyabanında dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmiş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.

Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının birgə keçirdikləri turnirdə ölkəmizin bütün şəhər və rayonlarından, eləcə də Rusiya və Gürcüstandan 134 yeniyetmə güləşçi mükafatlar uğrunda mübarizə aparıb. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, 10 çəki dərəcələri üzrə qaliblər müəyyənləşib. Yeniyetmə güləşçilərimiz uğurlu çıxışlarıyla yadda qalıblar. Belə ki, 7 çəki dərəcəsində Azərbaycan idmançıları birinci olublar. Rusiya güləşçiləri 2, Gürcüstan komandası isə 1 qızıl medal qazanıb.

Keçirilən yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idmançıları da yükəsk nəticələr əldə etmişdirlər.

Sərbəst güləş

Mahir Məmmədov (42 kq) yeniyetmələr arasında I yer

Hüseyn Hüseynzadə (63 kq) yeniyetmələr arasında III yer

Əli Əminzadə (100 kq) yeniyetmələr arasında III yer

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.