MOK-un vitse-prezidenti  Xəzər İsayev Türkiyədə “Fair Play Dostluq Nişanı” ilə təltif edilib

Noyabrın 17-də Belçikanın paytaxtı Brüsseldə “Dünya Ədalətli Oyunlar Mükafatları-2016”-nın, noyabrın 20-də isə Türkiyənin İstanbul şəhərində “Türkiyə Ədalətli Oyunlar Mükafatları-2016”-nın təqdimetmə mərasimi keçirilib. Hər iki tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev təmsil edib. MOK-un vitse-prezidenti Xəzər İsayev Türkiyə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsi tərəfindən Türkiyə və Azərbaycan arasında ədalətli oyunlar sahəsində əməkdaşlığın inkişafı və gücləndirilməsindəki xidmətlərinə görə “Fair Play Dostluq Nişanı” ilə təltif edilib. Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası  1997-ci ildə yaradılıb. 2000-ci ildən etibarən bu təşkilata Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev rəhbərlik edir. AzƏOK Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının fəal üzvlərindəndir.

 

Bu xəbərə də bax

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var

Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. Hazırda Azərbaycan millisinin …