MOK-un vitse-prezidenti Xəzər İsayev mükafata layiq görülüb

“Marriott” otelində “Zəfər” Beynəlxalq İdman Mükafatının təqdimat mərasimi keçirilib.

Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, Olimpiya, dünya və Avropa çempionları iştirak ediblər. Təşkilat Komitəsi tərəfindən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev “İlin ədalətli personası” nominasiyasında “Zəfər” Beynəlxalq İdman Mükafatına layiq görülüb.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …