MOK-un vitse-prezidenti Xəzər İsayev BOK-un sertifikatı ilə təltif edilib

 

DIPÖtən ay Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları uğurla başa çatıb. Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 18 medal qazanıblar. Komandamızın hesabına qızıl medalı taekvondoçu Radik İsayev yazdırıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rüstəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində uduzaraq gümüş medala sahib olublar. Taekvondo yarışlarında Milad Beigi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə bürünc medalla kifayətləniblər. Azərbaycanın olimpiya yığması bu göstərici ilə 207 ölkə arasında 39-cu olub. Azərbaycan medal sayına görə, 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 15-ci yeri tutub. Bu nəticəyə görə respublikamız islam, türk və Qafqaz ölkələri arasında lider olub. Həmçinin idmançı sayının qazanılan medallara nisbətinə görə Azərbaycan Olimpiadanın lider dövlətlərindən olub. Azərbaycan ilk dəfə taekvondo və avarçəkmə yarışlarında medal, boksçuların mübarizəsində isə ilk dəfə finala vəsiqə qazanıb.

Olimpiya Oyunlarının uğurlu təşkilinə verdikləri töhfəyə görə bir sıra idman rəsmiləri Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən xüsusi sertifikatla təltif olunublar. Qeyd edək ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev BOK-un prezidenti Tomas Bax tərəfindən xüsusi Sertifikatla təltif olunub.

Xatırladaq ki, Avropa çempionatının gümüş medalçısı, birinci Avropa Oyunlarının bürünc mükafatçısı DGK İSM “Gömrükçü” İdman Klubunun üzvü Patimat Abakarova Rio-2016 Yay Olimpiya Oyunlarında bürünc medala layiq görülüb.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …