MOK-un nümayəndə heyəti BƏOK-un İcraiyyə Komitəsinin iclasında iştirak edib

 

Martın 15-16-da Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) İcraiyyə Komitəsinin iclası keçirilib. BƏOK-un prezidenti Jeno Kamutinin rəhbərliyi ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil ediblər.

Tədbirdə gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub, hesabatlar dinlənilib və qurumun gələcək fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul edilib.

İclas çərçivəsində 1963-cü ildən təqdim olunan BƏOK-un mükafatlarına namizədlərin seçimi baş tutub. Müxtəlif ölkələrdən namizədlikləri təqdim olunan 40-dan çox nominasiyaya baxılıb və qaliblər müəyyənləşib. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsdiq olunmuş Jeon Borotra mükafatına AzƏOK tərəfindən namizədliyi irəli sürülən Gənclər və İdman Naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimova bu nominasiyada mükfatın verilməsi seçim əsasında təsdiqlənib.

Tədbirdə həmçinin AzƏOK sədri Xəzər İsayev BƏOK-un İcraiyyə Komitəsinin üzvü seçilib. Onun rəhbərliyi altında ötən il yaradılan BƏOK-un Ədalətli Oyunlar Regional İnkişaf Mərkəzinin işi ilə bağlı məsələlər müzakirə olunub və bir sıra qərarlar qəbul edilib. Xatırladaq ki, ötən il beynəlxalq qurumun İcraiyyə Komitəsinin qərarı ilə ilk Regional Mərkəzin Azərbaycanın paytaxtı Bakıda yaradılması qərara alınmışdır.

BƏOK-un iclasında Regional Mərkəzin nizamnaməsi təsdiqləndi. Qəbul olunan qərara əsasən qurumun İcraiyyə Komitəsi Prezident, üç vitse-prezident, baş katib, mühasib və 13 ölkə üzvündən ibarət olacaq. Mərkəzin əsas fəaliyyəti region ölkələrdə ədalət prinsiplərini təbliğ etməkdir. İclasda həmçinin BƏOK ƏORİM-in loqosu da təsdiq olundu.

Loqo milli xalça ornamentlərini və Qobustan elementlərini özündə birləşdirir. Xalça kombinasiyasındakı elementlər və UNESCO-nun ümumdünya irs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlər ədalət simvolu ilə eleqant şəkildə birləşdirilib. Loqo Azərbaycanın tarixi irsini simvolizə edir və mədəniyyətini özündə birləşdirir. Loqoda BƏOK-un loqosunun rəngləri olan narıncı və qırmızı rənglərdən istifadə olunub.

İclasda Regional Mərkəzin bu il Bakıda Konqres və Assambleyasının keçirilməsi də qərara alınıb.

Tədbirdə həmçinin ötən ilin oktyabr ayında Buenos Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunları və bu ilin mart ayında Krasnoyarskda keçirilən Qış Universiadası ilə bağlı hesabat məruzələri dinlənildi BƏOK-un bu yarışlarda BOK-un dəstəyi ilə gördükləri təbliğati işlərdən danışıldı.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …