MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən mükafatlar təqdim olunub

 

Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turnirində Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən hazırlanan xüsusi mükafatlar təqdim olunub. Sərbəst-güləş üzrə yarışlarda güləşçimiz Əbülfəz Nəsirov “ədalətli oyun prinsiplərinə sadiq idmançı”, Zaur Umarakaev (Rusiya) “ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, Yerbolat Muxametalinov (Qazaxıstan) isə “ədalətli oyun prinsiplərinə sadiq hakim” nominasiyasında mükafata layiq görülüb.
Yunan-Roma güləşi üzrə yarışlarda isə Danior Nakibov  “ədalətli oyun prinsiplərinə sadiq idmançı” (Özbəkistan),  Xviça Koridze “ədalətli oyun prinsiplərinə sadiq məşqçi” (Gürcüstan), İntiqam Əliyev (Azərbaycan) isə “ədalətli oyun prinsiplərinə sadiq hakim” nominasiyalarında müküfatlandırlıblar.


 

Bu xəbərə də bax

DGK İSM “Gömrükçü”İK-nın atleti Bakı ikincisi olub

  Yanvarın 11-12-də Respublika Olimpiya Manejində atletika üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük …