MOK rəsmiləri Beynəlxalq Konqresdə ölkəmizi təmsil ediblər

İyunun 7-dən 10-dək İsrailin Netanya şəhərində 5-ci Beynəlxalq Bədən Tərbiyəsi və İdman Elmləri Konqresi keçirilib.

İsrail Milli Olimpiya Komitəsi, Nikosiya Universiteti və Vinqeyt adına İsrail Bədən Tərbiyəsi və İdman İnstitutunun təşkilatçılığı ilə keçirilən Konqresdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və MOK-un baş katibi Ağacan Abiyev təmsil edib. Tədbirdə 28 ölkəni təmsil edən tanınmış professorların müxtəlif mövzularda məruzələri dinlənilib, bu sahədə elm və təcrübə mübadiləsi aparılıb və müasir dövrdə idmanın aktual problemləri əsasında müzakirələr aparılıb. Konqresdə ABŞ, Almaniya, Kipr, Yunanıstan, Finlandiya, İngiltərədən olan profesorlar məruzələrlə çıxış ediblər. Çıxışlar zamanı, həmçinin, idmanda ədalətli oyun prinsiplərinin tətbiqi mövzusuna da toxunulub. Ümumilikdə müxtəlif ölkə iştirakçıları tərəfindən bədən tərbiyəsi və idmanı əhatə edən 160 təqdimat nümayiş etdirilib.

Bu xəbərə də bax

Antidopinq mövzusunda maarifləndirici seminar keçiriləcək

  Dekabrın 14-də Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası (AzƏOK), Azərbaycan Milli Antidopinq Agentliyi …