Mingəçevirdə sərbəst güləş üzrə respublika turniri keçirilib

4bhh5225b4afbaxn2_800C450
Martın 26-28-də Mingəçevir şəhərinin THL-nın idman zalında sərbəst güləş idman növü üzrə yeniyetmələr arasında Novruz bayramına həsr olunmuş respublika turniri keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun sərbəst güləş bölməsinin idmançıları da iştirak ediblər.
Yeniyetmələrimiz keçirilən yarışda uğurlu nəticələr əldə ediblər.
Cavid Sadıqov (42 kq), Sarıvan Sadıqov (54 kq) birinci, Hamlet Nəsirov (54 kq), Şəhriyar Məmmədov (76 kq), Turan İsmayılov (85 kq) ikinci, Tural Əsgərov (46 kq) üçüncü yeri tutublar.  İdmançılarımız yarışda İlham Məmmədovun rəhbərliyi altında iştirak ediblər.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.