Məktəblər arasında respublika çempionatının təltifetmə mərasimi keçirilib

 

İyunun 4-də məktəblər arasında respublika çempionatının təltifetmə mərasimi keçirilib. Tədbirdə Gənclər və İdman Naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK-un baş katibi Ağacan Abiyev, Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Xatırladaq ki, mayın 23-də start götürən yarışın proqramına uyğun olaraq 2018-2019-cu tədris ili ərzində keçirilən çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizəyə qatılıb.

Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …