KLUBUN TARİXİ

2002-sentyabr-sloveniya

 

“Gömrükçü” qadın futbol komandası möhtərəm cənab prezidentin göstərişi ilə, Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun rəhbərliyi altında 2001-ci ildə yaradılmışdır. “Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev Klubun prezidenti təyin edilmişdir. Komandanın əsas heyəti SSRİ dövründə fəaliyyət göstərən qadın futbolu ilə məşğul olan futbolçu qızlardan ibarət idi. “Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin Qadın futbolunun yaradılması ilə əlaqədar qəzet, televiziya və başqa kütləvi informasiya vasitələri məlumatlandırıldıqdan sonra komandamıza tək-tək qızların gəlişi başladı. Bununla da getdikcə komandamız formalaşdı. Artıq “Gömrükçü” Qadın futbol komandasının tam heyəti yığıldıqdan sonra digər idman klublarının da nəzdində qadın futbol komandaları yaradılmağa başladı.

 

2001-ci ildə məlum oldu ki, UEFA tərəfindən Azərbaycan Futbol Federasiyasına Avropa qadın futbol komandasında oynamaq üçün dəvət göndərilmişdir.

“Gömrükçü” qadın futbol komandasının prezidenti Xəzər İsayev Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciətindən sonra Komandanın UEFA kubokunda iştirak etməsi üçün Gömrükçü Qadın futbol komandasına lazım olan bütün zəruri tədbirlər həyata keçirilməyə başladı. Biz Klub olaraq Komandanın heyətininin gücləndirilməsi məqsədi ilə digər dövlətlərin Klublarından transferlər dəvət etməyə başladıq. Bundan sonra UEFA Kubokunda iştirak etmək üçün Gömrükçü Klubu Azərbaycan çempionu olaraq dəvət aldı. O dövrdə 2001-2002-ci illər ərzində qarşıda duran məqsədimiz Avropada mövcud olan 64 qadın klubları arasında müvəffəqiyyət qazanaraq, UEFA Kubokunda iştirak etmək üçün 32 komanda siyahısına düşmək idi.

Biz bunun öhdəsindən layiqincə gəldik və yarışların gedişatında ümumi komandalar arasında 17-ci yerə layiq görüldük.

 

2002-2003-cü illərdə UEFA Kubokunun əsas mərhələsində 32 komanda 8 qrupa bölünərək növbəti mərhələyə 8 vəsiqə qazanmaq üçün mübarizə aparmışlar.Azərbaycanın təmsilçisi olan “Gömrükçü” komandası belə mötəbər turnirdə ilk dəfə olaraq Avropanın 8 ən güclü komandası sırasına çıxa bilmişdir.

2-ci qrup yarışlarında “Gömrükçü”nün növbəti rəqibləri İsveçrə çempionatının bürünc mükafatçısı “Şverzenbax” komandası,Belarusun “Bobruyçanka”komandası və Yunanıstanın “Aegina”komandası olmuşdur.İlk görüşdə “Şverzenbax” komandasını 5:1 məğlub etdikdən sonra,”Bobruyçanka” komandası ilə çətin mübarizə şəraitində keçən görüşdə 0:1 hesabı ilə məğlub olmuş,lakin son tur ərəfəsində qruoun lideri Yunanıstanını “Aegina” komandasını 3:1 hesabı ilə məğlub edərək qrupda birinciliyi ələ almış və növbəti ¼ final mərhələsinə vəsiqə qazanmışdır.

II qrup oyunlarının yekun cədvəli

 

Oyun                                           Xal

 

“Gömrükçü”             3                                                 6

“Aegina”                    3                                                 4

“Bobruyçanka”         3                                                 4

“Şverzenbax”            3                                                 2

 

 

“Gömrükçü” klubunun təzə yaradılması ilə əlaqədar olaraq komandaya bir neçə oyunçu transfer edilmişdir. Çox müsbət haldır ki,qol vuran futbolçularımızdan Qırxlarova Aygün, LarionovaYuliya və Cəfərova Dilarə daha fəal olmuşlar.

Az müddətdə komandanın Azərbaycan futbol tarixində görülməmiş nailiyyətlərinin əldə edilməsində Azərbaycan Milli Olimpiya Komitəsinin,Respublika Gənclər İdman və Turizm Nazirliyinin rəhbərliyinin əvəzedilməz rolu olmuşdur.Komandada yüksək əhval-ruhiyyənin saxlanılmasında klubun prezidenti Xəzər İsayevin,komandanın baş məşqçisi Əbdülqəni Nurməmmədovun və komandann kapitanı İradə Quliyevanın böyük əməyi var.Qeyd edək ki,komandaya Dövlət Gömrük Komitəsi himayədarlıq edirdi.

 

Qızlardan ibarət “Gömrükçü” futbol qadın komandası tam heyəti ilə Azərbaycan Futbol Federasıyasının tərkibinə verildi.