DGK ISM “Gömrükçü” İK-nın güləş üzrə açıq birinciliyi keçirilib

 

20141224_133045

Dekabrın 24-25-də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun  kiçik yaşlı yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə açıq birinciliyi keçirilib. Yarışın açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük-xidməti polkovniki Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov iştirak ediblər. Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb. Ölkəmizdə idmançılar üçün hər cür şəraitin yaradıldığını deyən Xəzər İsayev bu cür yarışların keçirilməsində əsas məqsədin kiçik yaşlı yeniyetmələrin təcrübələrinin artırılması olduğunu bildirib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və  yarışlar açıq elan olunub. Birincilikdə paytaxt klublarından əlavə digər bölgələrdən də klublar iştirak edib. Sərbəst güləş üzrə yeniyetmələrin mübarizəsində 104 idmançı öz qüvvəsini sınayıb. Yunan-roma güləşi üzrə yeniyetmələrin mübarizəsinə isə 111 idmançı qatılıb. Qaliblər diplom, medal, qiymətli hədiyyələr ilə təltif olunublar. Bundan əlavə, yarışlarda “ən gənc idmançı”, “ən əzmkar idmançı” və “ən texnikalı idmançı” nominasiyalarında qalib olanlara xüsusi mükafatlar təqdim edilib. Həmçinin Azərbaycan Ədalətli Oyunlar Komissiyası tərəfindən “ədalət prinsiplərinə sadiq” məşqçi, idmançı, hakim nominasiyası üzrə də xüsusi mükafatlar təqdim olunub.

Sərbəst güləş üzrə yarışlarda mükafat qazanan komandalar:

I yer  – Cəlilabad 4 saylı Gömrükçü komandası

II yer – Bakı  1 saylı Gömrükçü komandası

III yer – Müşviqabad komandası

Ədalət prinsiplərinə sadiq idmançı – Əsgərov Tural

Ədalət prinsiplərinə sadiq məşqçi – Əliyev Fəxrəddin

Ədalət prinsiplərinə sadiq hakim –Şirəliyev Asif

 

Yunan-roma güləşi üzrə

I yer  – “Gömrükçü” İK

II yer – Sumqayıt komandası

III yer – “Neftçi”İSM

Ədalət prinsiplərinə sadiq idmançı – Qasımov Əkbər

Ədalət prinsiplərinə sadiq məşqçi – Ələkbərov İqdam

Ədalət prinsiplərinə sadiq hakim – Şükürov Vüqar

Yarış ərzində fəqlənmiş idmançılar

Ən əzmkar idmançı – Əzizov Dəmirxan

Ən texnikalı idmançı – Qasımov Əkbər

20141224_142531

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.