Kikboksçularımız “Karabakh open” turnirində uğurla çıxış ediblər

 

Martın 29-31-də Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kikboksinq üzrə kadetlər, yeniyetmələr, gənclər və kişilər arasında Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş “Karabakh open” turniri keçirilib. Respublikamızın müxtəlif şəhər və rayonlardan 20 komandadan 300-dək idmançının iştirakı ilə Ağdam Olimpiya İdman Kompleksində keçirilən yarışda Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Azərbaycanın tanınmış idmançıları və Ağdam rayon ziyalıları iştirak ediblər. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idmançıları məşqçi-müəllim Samir Həsənovun rəhbərliyi altında qüvvələrini sınayıblar. Kikboksçularımızdan Alıyev Gündüz (86 kq) qızıl, Hacıyev Sadıq (+81 kq) isə gümüş medal qazanıb.

 

 

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …