Karateçimiz çempion oldu

IMG-20160508-WA0023

Mayın 8-də Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin zalında kontakt karate üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş III Açıq çempionat keçirilib. Azərbaycan Kontakt Karate Federasiyasının təşkilatçılığı ilə 8 yaş qrupu üzrə keçirilən yarışda 6 komandadan 167 idmançı qüvvəsini sınayıb. Çempionatda 7 yaş qrupu üzrə şotokan döyüşləri də təşkil edilib.
III Açıq çempionatda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman Klubunun təmsilçisi Təbriz Bəyalıyev (65 kq) kontakt karate üzrə döyüşlərdə qüvvəsini sınayaraq çempion adını qazanıb. 4 rəqibini mübarizədən kənarlaşdıran karateçi finalda Samir Çələbiyev üzərində qələbə qazanıb.

IMG-20160510-WA0002

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …