Karateçilərimiz IV Açıq Respublika turnirində uğurla çıxış ediblər

Noyabrın 9-10-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qocyu-ryu Okinava Karate-do və kobudo idman növü üzrə yeniyetmələr, gənclər, qızlar və kişilər arasında IV Açıq Respublika turniri keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri mübarizə aparıblar. Təmsilçilərimizdən Nuray Abbasova (23 kq, 9 yaş), Ayxan Oruc (35 kq, 10-11 yaş), Əli Əlizadə (35 kq, 10-11 yaş, ful-kontakt), Həsən Hüseynli (45 kq, 10-11 yaş), Bəhruz Babaverdiyev (45 kq, 12-13 yaş), Yaqut Həsənzadə (55 kq, 16-17 yaş) qızıl medal, Ayşən Qasımova (30 kq, 9 yaş), Nicat Tanrıverdiyev (35 kq, 10-11 yaş) gümüş medal qazanıblar.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …