İsrailin Hayfa şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının 23-cü Konqresi öz işinə başlayıb

Oktyabrın 24-də İsrailin Hayfa şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 23-cü Konqresinə start verilib.  Tədbirdə AƏOH-a üzv olan müxtəlif ölkələrdən olan idman mütəxəssisləri, idman sahəsində fəaliyyət göstərən nümayəndələr iştirak edirlər. Konqresdə  ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, AzƏOK-un baş katibi Səlhət Abbasova, MOK-un əməkdaşı Günay Salamova təmsil edirlər.

Tədbirin keçirilməsində məqsəd idmanda və ümumiyyətlə, cəmiyyətdə ümumbəşəri dəyərlərin, etik normaların qorunması istiqamətində maarifləndirici işlərin aparılması, idman yarışları zamanı müxtəlif təsirlər altında meydana gələn neqativ hallara qarşı mübarizənin gücləndirilməsi yollarının araşdırılmasına idman mütəxəssislərini və əlaqədar şəxsləri sövq etmək və müsbət nümunələri dəyərləndirərək cəmiyyətə çatdırmaqdan ibarətdir.

Konqresin əsas mövzusu “İdman barışıq vasitəsidir” adlanır. Konqres zamanı mütəxəssislər qeyd olunan mövzu ətrafında məruzələrlə çıxış edəcəklər.

Tədbirin ilk günü keçirilən açılış mərasimində MOK-un vitse-prezidenti Xəzər İsayev Hayfa şəhərinin meri Yona Yahava Azərbaycan Milli Olimpiya Komitəsinin xatirə hədiyyəsini təqdim edib. AzƏOK sədri Azərbaycan dövləti tərəfindən Ədalətli Oyunlar Hərəkatının inkişafına verilən dəstəkdən bu sahədə görülən işlərdən danışıb. O, Avropa qurumu ilə əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Konqresə oktyabrın 26-da yekun vurulacaq.

 

 

 

 

Bu xəbərə də bax

Taekvondoçumuz  Avropa çempionatının bürünc medalına sahib çıxıb

 Mayın 10-dan 13-dək Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatına yekun vurulub. Yarışda yığma …