İslam Oyunlarının gümüş medalçısı Azərbaycan çempionu oldu

İyunun 2-3-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınnın stadionunda atletika üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçisi Rahib Məmmədov 110 m məsafəyə sədlərlə qaçış növü üzrə çempion adını qazanıb. İdmançımız bu məsafəni 14,4 saniyəyə qət edib. Qeyd edək ki, idmançımızı iyunun 26-27-də Maltada keçiriləcək Avropa kuboku gözləyir. Xatırladaq ki, atletimiz buyaxınlarda ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 110 m məsafəyə sədlərlə qaçış növü üzrə gümüş medal qazanmışdı.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …