İkinci Avropa Oyunları: 28 medal qazanan Azərbaycan millisi 10-cu yerdə qərarlaşıb

Minskdə keçirilən ikinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb.

Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.

Yarışın sonuncu günündə – iyunun 30-da 36 dəst medalın sahibləri müəyyənləşib. Azərbaycan millisi “Minsk 2019”un sonuncu günündə aktivinə 3 gümüş və 1 bürünc medal yazdırıb. Gümüş medalları karateçilərimizdən Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), yunan-Roma güləşi yarışında isə İslam Abbasov (87 kq) qazanıblar. Bürünc medala isə yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) sahib olub.

Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşayıb. Bakıda keçirilmiş ilk Avropa Oyunlarında olduğu kimi, ikinci Avropa Oyunlarında da Rusiya komandası medal siyahısında birinci yeri tutub. Rusiyalı idmançıların aktivində 109 (44-23-42) medal var. İkinci yerdə 69 medalla ev sahibləri Belarus (24-16-29), üçüncü pillədə isə 51 medalla Ukrayna (16-17-18) yığmaları qərarlaşıblar. İlk onluqda İtaliya, Hollandiya, Almaniya, Gürcüstan, Fransa, Böyük Britaniya və Azərbaycan komandaları yer alıblar.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …