II Asiya Oyunlarından 1 qızıl 1 gümüş medal

Martın 25-26-da paytaxtımızda kempo üzrə II Asiya Oyunları keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunu 3 idmançı təmsil edib. İdmançılarımızdan Orxan Baratlı (60 kq) böyüklər arasında full kempo üzrə qızıl medal qazanıb. Sənan Həsənzadə isə 16-17 yaşlı idmançılar arasında (75 kq) gümüş medala sahib çıxıb.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …