İdmançımız Dünya Kubokuna sahib olub

2-mix-kombat

İyunun 26-dan iyulun 1-dək Rusiya Federasiyasının Anapa şəhərində “Mix-kombat” döyüş idman növü üzrə Dünya kuboku keçirilib.

Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idmançısı Emin Kərimov 85 kq çəki dərəcəsində mübarizə apararaq I yeri tutub. Qeyd edək ki, idmançımız öncə İordaniya və Rusiya təmsilçilərini məğlub edərək finala vəsiqə qazanıb, finalda isə Belarus təmsilçisini məğlub edərək  Dünya Kubokunun sahibi olub. Qalib idmançımızı bu yarışa məşqçi Faiq Rəfiyev hazırlayıb.

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.