İdmançımız Avropa çempionudur

publika.az1407238165ibrahim Nurullayev1

İyunun 17-22-də Polşanın Katovitse şəhərində yunan-Roma güləşi üzrə gənclərin Avropa çempionatı keçirilib.

Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun  idmançısı, 50 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Nurullayev finala qədər inamla irəliləyib. İdmançımız çempionluq uğrunda ardıcıl olaraq Bolqarıstan, Polşa və Rusiya güləşçiləri üzərində qələbə qazanıb. Finalda idmançımız Rumıniya təmsilçisi Aleksandru Botezi 5:1 məğlub edərək Avropa çempionatının qalibi adını qazanıb. Bu yarışa idmançımızı şəxsi məşqçiləri Xəzər İsayev, İqdam Ələkbərov və güləş üzrə yığma komandanın məşqçiləri hazırlayıblar.

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.