Qılıncoynadanlarımızın Türkiyədəki uğurları

“Gömrükçü” İdman Klubunun təmsilçiləri dekabrın 13-14 tarixlərində Türkiyənin Kocaeli şəhərində keçirilən qılıncoynatma üzrə beynəlxalq turnirdə iştirak ediblər.

Turnirə Türkiyə də daxil olmaqla 23 ölkədən şpaqa və rapiraçılar qatııb. Azərbaycanı ümumilikdə 5 kişi və 5 qadın şpaqaçı təmsil edib ki, onlardan 7-si “Gömrükçü”, 3-ü isə “Fencing” klubunun üzvləri olub.

Yarışda 52 kişi idmançı arasında Kənan Əliyev 9 qələbədən sonra yarımfinalda italiyalı rəqibi DandrassiEdoardoya məğlub olaraq gümüş medala layiq görülüb. Yarışın final turunda isə

“Gömrükçü” idman klubunun idmançısı Vəkil Nəsibov italiyalı rəqibinə məğlub olaraq bürünc medalla kifayətlənməli olub.

Turnirdə 47 qadın idmançı arasından Samirə Hüseynova 5 qələbədən sonra 11-ci yeri, Elmira Xudaverdiyeva isə 3 qələbədən sonra 20-ci yeri tutublar .Hər iki idmançı “Gömrükçü” idman klubunun üzvləridir.

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.