İdmançılarımızın uğurlu çıxışları davam edir

3-1

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin“Gömrükçü” İdman Klubunun təmsilçiləri ötən ay ölkəmizdə keçirilən yarışda uğurlu çıxış ediblər. Martın 14-15-də Azərbaycan Taekvondo Federasiyasının idman zalında keçirilən taekvondo üzrə “Pumse” Respublika Çempionatı və birinciliyində “Gömrükçü” İdman Klubunun 22 idmançısı fərqlənib. Onlardan ikilik kateqoriya üzrə (qızlar və oğlanlar arasında) çıxış edən Zeynəb Gülüşova  I yeri, Emiliya Əlizadə isə III yeri tutub. Oğlanlar arasında Vüqar Məcidli həm şəxsi birincilikdə, həm də üçlük kateqoriya arasında I yerə, Asim Məmmədov şəxsi birincilikdə II yerə, üçlük kateqoriya üzrə I yerə, Yaşar Məmmədli şəxsi birincilikdə III yerə, üçlük kateqoriya üzrə I yerə, Elgün Həmidov isə şəxsi birincilikdə III, həm də üçlük kateqoriya üzrə I yerə layiq görülüb. Bundan başqa Kənan Məmmədzadə şəxsi birincilikdə III yerə, üçlük kateqoriya üzrə I yerə , Kazım Kazımov şəxsi birincilikdə II yerə, üçlük kateqoriya üzrə I yerə layiq görülüb. Kiçik kadetlər arasında  qızlar arasında şəxsi birincilikdə Aysu Məmmədova I yeri, üçlük kateqoriya üzrə II yeri, Ofelya Allahverdiyeva isə şəxsi birincilikdə II yeri qazanıb. Yeniyetmələr arasında qızlar arasında Fidan Babayeva üçlük kateqoriyada II yerə, Nərgiz  Məmmədzadə həm şəxsi birincilikdə, həm də üçlük kateqoriyada I yerə,  Zalikə Babayeva şəxsi birincilikdə  II yerə, üçlük kateqoriyada I yerə, Zeynəb Gülüşova isə şəxsi birincilikdə III yerə,üçlük kateqoriyada isə I yerə layiq görülüb. Nəhayət, gənc qızlar arasında Emiliya Əlizadə isə şəxsi birincilikdə I yeri tutub. Beləliklə, taekvondo üzrə “Pumse” Respublika Çempionatı və birinciliyində DGK İSM “Gömrükçü” İK (Göyçay) komandası üçlük kateqoriya üzrə I, şəxsi birincilikdə II yerə layiq görülüb. Qeyd edək ki, komandanın məşqçisi Kazım Kazımovdur.

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.