İdmançılarımız uğurlu çıxışlarını davam etdirirlər

1360137754_timthumb

Mayın 8-9-da Bakıda ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kiçikyaşlı yeniyetmələr arasında açıq birincilik keçirilib. “Zenit” BTİC-də təşkil edilən birincilikdə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idmançılaı da iştirak ediblər. Yarışda Bakı “Gömrükçü” 1 saylı komandasının üzvləri-Edvin Abbasov (38 kq) I yeri, Elbəy Cabbarlı (58 kq) və İsmayıl Cabbarlı (63 kq) II yeri, Elmir Qurbanov (26 kq), Kənan Əlili (50 kq) və İsmayıl İsmayılov (42 kq) III yeri tutublar. İdmançılar yarışa məşqçi Cavid İbrahimovun rəhbərliyi altında hazırlaşıblar. Cəlilabad “Gömrükçü” 4 saylı komandasının üzvlərindən isə Tural Əsgərov (35 kq) I yeri, Əli Məmmədov (63kq), Məhəmməd Sadıqov (69 kq) və Kamal Əhmədov (50 kq) III yerə layiq görülüblər.  Onlar bu yarışda məşqçi İlham Məmmədovun rəhbərliyi altında iştirak ediblər.

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.