İdmançılarımız yarışlarda uğurla çıxış ediblər

thumb20160118091952264     

Ötən ay Bakı şəhəri Hövsan Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə keçirilən iki yarışa DGK İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”  idmançıları da qatılaraq uğur qazanıb.

Oktyabrın 2-3 tarixlərində baş tutan sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında  “Gənc Olimpiyaçılar” açıq Respublika Turnirində Klubun idmançılarından- Hamlet Nəsirov 42 kq  çəki dərəcəsində I yer, Tural Əsgərov 35 kq çəki dərəcəsində III yerə layiq görülüblər. Hər iki idmançını yarışa məşqçi İlham Məmmədov hazırlayıb.

Oktyabrın 27-29 tarixlərində sərbəst güləş üzrə yeniyetmələr arasında Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun  xatirəsinə həsr olunmuş açıq Respublika seçim Turnirində  də Klubun təmsilçiləri Röyal Ağamalıyev 46 kq çəki dərəcəsində  I yer, sarvan Sadıqov 46 kq çəki dərəcəsində, Hüseyn Hüseynzadə 63 kqçəki dərəcəsində və Əli Əminov 100 kq çəki dərəcəsində mübarizə apararaq  III yeri tutublar. Bu idmançıları yarışa İlham Məmmədov və Sadiq İsayev hazırlayıb. Bundan başqa, Klubun daha bir idmançısı Aysel Sultanova sentyabr ayında “Clim Baku” idman mərkəzində keçirilən idman dırmanmasının sürət və boudering növü üzrə Açıq Azərbaycan çempionatında I yerə layiq görülüb.

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.