İdmançılarımız Türkiyədə də bir sıra uğurlar qazanıblar

20131130_bati-karadeniz-taekwondo-sampiyonasi-amasra-da-yapilacak
Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idamançılarının  səsi bu dəfə Türkiyənin Ordu şəhərindən gəlib.                       
Türkiyənin Ordu şəhərində  taekvondo idman növü üzrə yeniyetmələr və gənclər arasında Qara Dəniz Açıq Birinciliyi keçirilib. Aprelin 2-dən 3-dək davam edən yarışda 100-ə yaxın idmançı öz gücünü sınayıb. Qeyd edək ki, taekvondo komandasından yarışa 12 idmançı qatılıb. Onlar arasında “Gömrükçü” İdman Klubunun üzvləri Qüdrət Nurizadə və Nicat Məmmədov I yerə, Tural Bilalov II yerə, Aqşin Atakişiyev və Yaşar İsmayılov isə III yerə layiq görülərək diplom və medallarla təltif ediliblər. İdmançıları yarışa məşqçi-müəllim Eşqin İsmayılov hazırlayıb.

 

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.