“İdman və Ədalətli Oyunlar” müsabiqəsinə yekun vurulub

Azərbaycan Milli Olimpiya Komitəsi, Ədalətli Oyunlar Komissiyası və “Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə aprelin 15-də start götürən “İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsinə” iyunun 15-də yekun vurulub. 3-8 və 9-16 yaş qrupları üzrə keçirilən müsabiqəyə paytaxt və Naxçıvan MR ilə yanaşı 42  bölgədən ümumilikdə 2114 rəsm daxil olub. Onlardan 1560-ı 9-16 yaş qrupu, 554-ü 3-8 yaş qrupu üzrədir. Hər iki yaş qrupu üzrə qaliblərə pul mükafatları (3-8 yaş qrupu üzrə: I yer-300 AZN; II yer-200 AZN; III yer-100 AZN; 9-16 yaş qrupu üzrə: I yer-500 AZN; II yer-300 AZN; III yer-200 AZN) və diplom, 4-10-cu yerlərin sahiblərinə isə həvəsləndirici mükafatlar və diplom təqdim olunacaq.

Mövzuya uyğun çəkilmiş bütün rəsmlərin sahiblərinə əsərlər Təşkilat Komitəsinə təqdim edilməklə MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən Sertifikat veriləcəkdir. Bu barədə iştirakçılar email vasitəsilə məlumatlandırılacaqdır.

Qeyd edək ki, rəsmlər hər yaş qrupuna uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqını təmsil edən peşəkar jüri heyəti tərəfindən qiymətləndirilib. Seçim zamanı rəsmin mövzuya (Mövzu: “İdman və Ədalətli Oyunlar”) uyğunluğu, əsərin sahibi tərəfindən çəkilməsi, kompozisiyanın qurulması, işlənməsi və rəng ahəngi əsas götürülüb.  

Jüri heyətinin tərkibi:

Ağaəli İbrahimov, Xalq Rəssamı, Professor, Əməkdar incəsənət xadimi, Rusiya İmperator Rəssamlıq Akademiyasının Fəxri üzvü

Arif Hüseynov,  Xalq Rəssamı, professor Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru

“İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsin qalib və mükafatçıları aşağıdakı kimidir

9-16 yaş qrupu üzrə mükafatçılar:

I yer

Aslanlı Elmir

II yer

Aydəmirova Aytac

III yer

Abadzadə Ülkər

Həvəsləndirici mükafatlar:

Həşimli Gülay

Hacıyeva Dilbər

Əliyeva Ayan

Məhərrəmli Günəş

Həsənli Səbirə

Abdullayeva Mədinə

İsmayılov Hüsna

3-8 yaş qrupu üzrə

I yer

Cəbiyeva Mədinə

II yer

Qənbərli Zümrüd

III yer

İrem Göktaş

Həvəsləndirici mükafatlar

Suxandani Əli

Həsənli Rəna

İbrahimli Zeynəb

Mikayılzadə Mələk

Mirsəməd Nağıyev

İnci Qurban

Xüsusi həvəsləndirici mükafatlar

Mikayılbəyli Əlihüseyn

Səlimli Xədicə

Səlim Abdullayev

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …