İdman Sağlamlıq Mərkəzinin 15 illiyinə həsr olunmuş birincilik keçirildi

 

DSC_7769

Avqustun 26-da Beynəlxalq Ticarət Mərkəzində Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin yaradılmasının 15 illiyinə həsr olunmuş içigeki karate və içigeki kiq idman növləri üzrə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin açıq birinciliyi keçirildi.

 

“Gömrükçü” İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda kiçikyaşlı yeniyetmələr, yeniyetmələr, gənclər və kişilər mübarizə aparırdılar.

Yarışın açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayev, Azərbaycan El- 1 idman təşkilatının prezidenti Elçin Çobanzadə və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev iştirakçıları salamlayaraq, onlara uğurlar arzuladı. O, həmçinin Dövlət Gömrük Komitəsinin rəhbərliyi və yarış iştirakçıları adından Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik etdi.

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi 15-ci ildönümünü yaşayır. Bu illər ərzində mərkəzin idmançıları müxtəlif idman növləri üzrə dünya, Avropa və beynəlxalq turnirlərin qalib və mükafatçıları olublar. Bu gün içigeki idman növü üzrə turnir keçirilir. Onu da deyim ki, artıq bizim iki idman növü üzrə yarışlarımıza yekun vurulub. Ölkəmizdə yaradılan şərait idmançılarımızın nailiyyətlər əldə etməsinə imkan verir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmana böyük diqqət və qayğı göstərir. Onun idman sahəsində gördüyü uğurlu işlər sayəsində ölkəmizdə idmanın maddi-texniki bazası möhkəmləndirilib. Bu gün Azərbaycan beynəlxalq arenada idman ölkəsi kimi tanınır. İdmançılarımızın qazandığı uğurlar, qələbələr bunu deməyə əsas verir”, – deyə o əlavə etdi.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra yarışlar açıq elan olundu.

14 komandanın iştirak etdiyi birincilikdə “Gömrükçü” “Sərhədçi”, “Məhəmmədəli”, “Qarabağ”, “Golden Glory”, “Araz”, “S klub”, “Xətai”, “Ələsgər”, “Kempo”, “Tornado”, “Free Fighting” klublarını, həmçinin Zaqatala və Qobustan rayonlarını təmsil edən idmançılar mübarizə aparırdılar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda yeniyetmə və gənclər arasında içigeki karate növündə komanda hesabında I yerə “Gömrükçü” idman klubu çıxdı. “Ələsgər” və “Xətai” idman klubları isə, müvafiq olaraq, ikinci, üçüncü yerləri tutdular.

Yeniyetmə və gənclər arasında içigeki kiq növündə komanda hesabında “Məhəmmədəli” klubu birinci yerə layiq görüldü. II yerə Qobustan, III yeri isə “Tornado” idman klubu sahib çıxdı.

Kişilərin yarışında isə mütləq çəki versiyasında 10 peşəkar idmançı rinqdə gücünü sınadı. Onlardan 2-si reytinq, 8-i isə qalib adı uğrunda mübarizə aparırdı. Maraqlı mübarizə şəraitində keçən yarışda ilk iki pilləni “Gömrükçü” idman klubunun təmsilçiləri tutdular. Onlardan Səlahət Həsənov birinci, Etibar Məmmədov isə ikinci oldu. “Ələsgər” idman klubunun yetirməsi Yasir Məmmədov üçüncü yerlə kifayətləndi. Reytinq xarakterli döyüşdə isə Elçin Mürsəlov (“Gömrükçü”) qalib adını qazandı.

Qaliblər diplom, medal, qiymətli hədiyyələr və pul mükafatları ilə təltif olundular. Bundan əlavə, yarışlarda ən gənc idmançı, ən əzmkar idmançı və ən texnikalı idmançılar üçün də xüsusi mükafatlar təqdim edildi. Həmçinin MOK və ƏOK tərəfindən ədalət prinsiplərinə sadiq məşqçi, idmançı, hakim nominasiyası üzrə də xüsusi mükafatlar təqdim olundu.

DSC_7776

DSC_7854

DSC_7864

 

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.