İdman dırmanması üzrə yığmamızın üzvü Gürcüstanda gümüş medal qazanıb

 

Dekabrın 27-28-də Tbilisi şəhərində yeniyetmələr arasında Gürcüstanın açıq çempionatı keçirilib. Azərbaycanın yığma komandası bu yarışda 3 idmançı ilə təmsil olunub. Boldrinq növü üzrə keçirilən yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idmançısı Mədinə Abdullayeva uğurla çıxış edib. 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında qüvvəsini sınayan kiçikyaşlı idmançımız gümüş medala sahib çıxıb. Xatırladaq ki, Mədinə Abdullayeva ötən il ölkəmizdə idman dırmanmasının çətinlik növü üzrə keçirilən DGK İSM “Gömrükçü” İK-nın açıq beynəlxalq birinciliyində də gümüş medal qazanmışdı.

Bu xəbərə də bax

DGK İSM “Gömrükçü”İK-nın atleti Bakı ikincisi olub

  Yanvarın 11-12-də Respublika Olimpiya Manejində atletika üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük …