İçi-geki və EL-1

İçi Geki- Bir zərbə ilə qələbə!

İçi güki dahi ustad Masuta Tsu Oyamanın sözüdür. Mənası bir zərbə ilə qələbə deməkdir.

Müasir dövrdə IKO -nun prezidenti Kanci Shokeu Matsuyi  bu brendi yenilərək Beynəlxalq  IKO təşkilatına əlavə etdi.TəşkilatYaponiyada yaransa da başçılıqı braziliyalı  Fransisico Filhoya aiddi.Təşkilat karateni müasir qaydalara görə idarə etməyi insanlaraın zövqünə uyğun idarə etməyi planlaşdırdı.

Beləliklə karate rinqə gətirildi. Döyüşlər 3 qaydada İçi Geki karate, İçi Geki Kig və İçi Geki pride qaydaları ilə aparılırdı.
Ümumi İçi Geki karate yarışları 4 ildən bir olsa da İçi Gekinin hər üç formada yarışları hər il keçirilir.

Reytinq görüşləri Braziliyada Dünya çempionatı isə Yaponiyada keçirilə bilər.

Fransisco Filho, Lechi Kurbanov, Qloub Feytoza, Kentaro Tanaka  dünyada İçi Geki ulduzlarından sayılır.

İlk illər karatenin dünya çempionatı 1975-ci ildən keçirilməyə başlamışdır.Hal-hazırda  İçi geki brendi olan təşkilat ilk əvvəllər yalnız IKO adı ilə tanınırdı.

1975-ci ildən etibarən dünya çempionatları dörd ildən bir keçirilir. Dünya karate məktəbləri bu növü karatenin olimpiyadası adlandırırlar.

Burada çəki və zərbələrə heç bir məhdudiyyət qoyulmur. Dünya çempionatı keçiriləndən bu insanlar öz adlarını Duya çempionları sırasına yazdırıblar:

1975- Sato (Yaponiya)

1979-Nakamura Makuto (Yaponiya)

1983- Nakamura Makuto (Yaponiya)

1987-Shokey Matsuyi

1991-Kenci Medori

1995-Yamaiki Kenci

1999-Fransisci Filho(Braziliya)

2003-Hitoshi Kıyama (Yaponiya)

2007-Everton Teseyra (Braziliya)

2011-Tariel Nikoleashvili (Rusiya)

Növbəti dünya çempionatı 2015-ci ildə Yaponiyada baş tutacaqdır.Təşkilatın digər karate təşkilatından fərqi budur ki, dünyada titul qazanmış və özünə güvənən idmançılar sifarişlə Hyukanın Kumitədə iştirak edirlər. Hyukanın Kumitə dayanmadan 100 nəfərlə görüş keçirmək deməkdir.

Bu da təşkilatda əsil samurai ruhunun ənənələrinin qorunması deməkdir.

İçi Geki Azərbaycanda El-1 idman təşkilatının tərkibində fəaliyyət göstərir. İldə bir neçə Beynəlxalq tədbir keçirilir.Təşkilatın Azərbaycanda 100-ə yaxın üzvü var.

 

İçi geki idman növü 15 aprel 2014-cü ildən etibarən Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunda fəaliyyət göstərir.

Klubda bu idman növü üzrə məşqçi-müəllim kimi Çobanzadə Elçin idmançılarımızın qələbələri üçün öz təcrübələrini onlarla paylaşmaqdadır. Klubda bu idman növünün yeni yaradılmasına baxmayaraq rəhbərlik tərəfindən bu idman növünə xüsusi diqqət göstərliməkdədir.

Təsadufi deyil ki, bu idmanın inkişafını artırmaq niyyəti ilə 2014-cü  ilin  Avqustun 26-da Beynəlxalq Ticarət Mərkəzində Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin yaradılmasının 15 illiyinə həsr olunmuş içigeki karate və içigeki kiq idman növləri üzrə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin açıq birinciliyi keçirilmışdir.

Yarışda kiçikyaşlı yeniyetmələr, yeniyetmələr, gənclər və kişilər mübarizə aparırdılar.

14 komandanın iştirak etdiyi birincilikdə “Gömrükçü” “Sərhədçi”, “Məhəmmədəli”, “Qarabağ”, “Golden Glory”, “Araz”, “S klub”, “Xətai”, “Ələsgər”, “Kempo”, “Tornado”, “Free Fighting” klublarını, həmçinin Zaqatala və Qobustan rayonlarını təmsil edən idmançılar mübarizə aparırdılar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda yeniyetmə və gənclər arasında içigeki karate növündə komanda hesabında I yerə “Gömrükçü” idman klubu çıxmışdır. “Ələsgər” və “Xətai” idman klubları isə, müvafiq olaraq, ikinci, üçüncü yerləri tutmuşlar.

Yeniyetmə və gənclər arasında içigeki kiq növündə komanda hesabında “Məhəmmədəli” klubu birinci yerə layiq görüldü. II yerə Qobustan, III yeri isə “Tornado” idman klubu sahib çıxmışdır.

Kişilərin yarışında isə mütləq çəki versiyasında 10 peşəkar idmançı rinqdə gücünü sınadı. Onlardan 2-si reytinq, 8-i isə qalib adı uğrunda mübarizə aparırdı. Maraqlı mübarizə şəraitində keçən yarışda ilk iki pilləni “Gömrükçü” idman klubunun təmsilçiləri tutdular. Onlardan Səlahət Həsənov birinci, Etibar Məmmədov isə ikinci oldu. “Ələsgər” idman klubunun yetirməsi Yasir Məmmədov üçüncü yerlə kifayətləndi. Reytinq xarakterli döyüşdə isə Elçin Mürsəlov (“Gömrükçü”) qalib adını qazandı.