I vitse-prezident Namiq Əliyev yenidən DGB-nin İcraiyyə Komitəsinə üzv seçilib

siyahi_0-17628-920-485-100-wm-right_bottom-100-imageswmpngAzərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev yenidən Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü seçilib.
Fransanın Makon şəhərində Dünya Güləş Birliyinin növbəti illik konqresi keçirilib.
Konqresdə İcraiyyə Komitəsi üzvlərindən səlahiyyət müddəti başa çatanların yerinə yeni üzvlərin seçkisi də baş tutub. İcraiyyə Komitəsində 2010-2016-cı illərdə Azərbaycanı təmsil edən və səlahiyyət müddəti başa çatan AGF I vitse-prezidenti Namiq Əliyev yenidən namizədliyini irəli sürüb. Konqres iştirakçılarının böyük əksəriyyətinin səsini qazanan AGF rəsmisi yenidən DGB İcraiyyə Komitəsinə üzv seçilib. Namiq Əliyev qarşıdakı 6 il müddətində beynəlxalq qurumun idarəçiliyində iştirak edəcək.
Xatırladaq ki, AGF I vitse-prezidenti Namiq Əliyev ilk dəfə 2010-cu ildə Dünya Güləş Birliyi (o vaxtkı FİLA) İcraiyyə Komitəsinin üzvü seçilib.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …