I Avropa Oyunlarının təşkilindən bir il ötür

iluh-1Azərbaycanda digər sahələrlə yanaşı, idman və Olimpiya Hərəkatı xüsusi dövlət qayğısı ilə əhatə olunub. Heydər Əliyev irsinin etibarlı davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, respublikamız dünya dövlətləri sırasına yüksəlib. Ölkə başçısının rəhbərliyi altında Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildiyi dövrdən indiyədək qazanılan uğurlara nəzər salsaq, təmsilçilərimizin Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında parlaq qələbələr qazandıqlarının şahidi olarıq. Təsadüfi deyil ki, düz bir il bundan əvvəl ölkəmiz tarixdə ilk dəfə birinci Avropa Oyunları kimi mötəbər idman yarışına ev sahibliyi etdi. Paytaxtımızın ilk Avropa Oyunlarına ev sahbiliyi hüququnu qazanması Azərbaycanın qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.Closing+Ceremony+Baku+2015+1st+European+Games+N0x0YOcMkJbl
Sözsüz ki, bu tarixi qərarın qəbul edilməsində ölkəmizin idman sahəsində qazanılan uğurları ilə yanaşı, beynəlxalq nüfuzu da həlledici rol oynayırdı.Mehriban+Aliyeva+Opening+Ceremony+Baku+2015+5f3rXpG8w1rl
Xatırladaq ki, Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin Romada keçirilən 41-ci Baş Assambleyasında qəbul olunmuşdu. Ölkəmizdə Avropa Oyunlarının təşkili münasibətilə Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edərək ilk oyunların Bakıda keçirilməsini böyük tarixi hadisə və ökəmizin böyük uğuru kimi səciyyələndirmişdir: “Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu böyük tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğurdan da tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur.
663cee08-77b2-477a-9a7c-b16248f02b32Bir daha demək istəyirəm ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik».Opening+Ceremony+Baku+2015+1st+European+Games+ILmAZUItqp0l
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2013-cü il yanvarın 17-də I Avropa Oyunlarının 2015-ci ildə ölkəmizdə keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradıldı. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik etdi.
2013-cü il fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təşkilat Komitəsinin ilk iclasında çıxış zamanı ölkə başçısı cənab İlham Əliyev Avropa Oyunlarının paytaxtımızda yüksək səviyyədə təşkil olunacağına inandığını bildirmişdi. «Oyunları yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsində həm dövlət qurumlarının nümayəndələri, Milli Olimpiya Komitəsinin üzvləri, idmançılar, ictimai sahədə fəaliyyət göstərən insanlar cəmləşib. Təşkilat Komitəsinə isə Mehriban Əliyeva sədrlik edir. Deyə bilərəm ki, Mehriban Əliyeva, eyni zamanda, keçən il “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə rəhbərlik etmişdir. Ümumi rəyə görə, “Eurovision” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilmişdir və bəlkə də “Eurovision” müsabiqəsinin tarixində belə gözəl müsabiqə keçirilməmişdir. Bütün təşkilati məsələlər öz həllini tapmışdır, qonaqlar həm şəhərimizin gözəlliyi ilə tanış olmuşlar, eyni zamanda, özlərini çox rahat hiss etmişlər. Çünki həm insanların qonaqpərvərliyi, eyni zamanda, şəhərimizdə hökm sürən asayiş, sabitlik öz rolunu oynamışdır. Əminəm ki, Avropa Olimpiya Komitəsinin bizə göstərdiyi etimadı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yüksək səviyyədə doğruldacaq və bu oyunlar Olimpiya oyunlarının tarixində sadəcə, birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaqdır».скачанные файлы (1)
Təşkilat Komitəsinin sədri çıxışı zamanı I Avropa Oyunlarının Bakıda keçirilməsini ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya Hərəkatı üçün tarixi hadisə kimi dəyərləndirmişdi. Mehriban xanım regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafının, dünya birliyində tutduğu mövqeyinin, mövcud ictimai-siyasi sabitliyin beynəlxalq ictimaiyyətdə əminlik yaratdığını vurğulamışdı: «Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir».54051_12-MD-SD
2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilən I Avropa Oyunlarında 50 ölkədən 6 minə yaxın idmançı idmanın 20 növü üzrə mübarizə apardı. Proqrama daxil edilən 20 idman növündən 16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya idman növü idi.
Bakı-2015 Avropa Oyunlarının rəsmi loqosu 2014-cü il iyunun 16-da elan edildi. 35 yaşlı azərbaycanlı Adəm Yunisov tərəfindən tərtib edilmiş bu loqo Alov, Su, əfsanəvi Simurq quşu, Xalı və Nar da daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyət və səylərini formalaşdırmış beş başlıca elementi bir araya gətirirdi.скачанные файлы
Loqo tərtibatı ölkənin təbii gözəlliklərini, mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə böyüyən şəhərlərindən biri kimi Bakının assosiasiyasını təsvir edirdi.
Avropa Oyunlarının rəsmi simvolları isə Ceyran və Nar idi. Bakı-2015 Avropa Oyunlarında könüllülər “Alov Qoruyanlar” (Flamekeepers) kimi tanınırdılar.
Bu ad yarış ruhunun təbliğində könüllülərin əsas rolunu əks etdirir və eyni zamanda, Odlar Yurdu Azərbaycana olan hörməti, Azərbaycan xalqının həyəcanını və mehribanlılığını tərənnüm edirdi.
Oyunlar üçün ümumilikdə 12500 nəfər könüllü işlərə cəlb edilmişdi.
Avropa Oyunlarının açılış və bağlanış mərasimi Atletlər kəndinə ən yaxın ərazidə inşa olunan Olimpiya Stadionunda keçirildi. İyunun 12-də təşkil edilən Avropa Oyunlarının açılış mərasimi Afina-2004 Olimpiya Oyunları mərasimlərinin bədii direktoru olan, tanınmış incəsənət xadimi, xoreoqraf və aktyor Dimitris Papaioannounun rəhbərliyi altına həyata keçirildi. Açılış və bağlanış mərasimləri Azərbaycan mədəniyyətini, tarixini və idmanını tərənnüm edirdi. Oyunların möhtəşəm açılış mərasimini və yarışları Avropanın 38, digər qitələrin 53 telekanalı vasitəsilə ümümilikdə 1,7 milyard insan izlədi.  Mərasim, həmçinin, Bakının müasir Avropadakı yerini əks etdirirdi.
Möhtəşəmliyi ilə hələ uzun müddət yaddaşlarda qalacaq Bakı 2015 ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan qitənin idman tarixinə yeni bir səhifə yazmağı bacardı. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın yüksək peşəkarlığı, qətiyyətliyi ilk Avropa Oyunlarının uğurla başa çatmasına səbəb oldu. I Avropa Oyunlarının Azərbaycan üçün ən böyük faydası onun dünyada daha da tanınması oldu. 24 illik müstəqil dövlət üçün bu, çox əhəmiyyətli idi. I Avropa Oyunları Azərbaycanın tarix və mədəniyyətini dünyaya nümayiş etdirmək baxımından da mühüm fürsət oldu.45194_3-MD-HD
Azərbaycan Oyunlarla əlaqədar yalnız mükəmməl təşkilatçılığı ilə yox, həm də idmanda qazandığı nailiyyətlərə görə fərqlənməyi bacardı.
Qürurla qeyd etmək lazımdır ki, ümumi nəticələrə görə Azərbaycan ölkələrin medal cədvəlində fəxrlə 2-ci yerdə qərarlaşdı. Azərbaycan idmançıları Oyunlarda keçirilmiş bütün yarışlarda təmsil olundular. Bakı 2015-də baş tutan yarışlarda ümumilikdə 291 azərbaycanlı idmançı çıxış etdi.
Ölkəmizi təmsil edən atletlər 12 idman növündə medallara yiyələndilər. Bakı 2015 ilk Avropa Oyunlarında Azərbaycan ümumilikdə 56 medal qazandı. Bunlardan 21-i qızıl, 15-i gümüş və 20-si bürünc medal oldu.  Yarışların yüksək səviyyədə təşkili I Avropa Oyunlarının ən  ədalətli Oyunlar kimi tarixdə iz buraxdığını da nümayiş etdirdi.togrul_esgerov_qizil_medal_Bugünlərdə “Bakı-2015”in birinci ildönümü münasibətilə Avropa Olimpiya Komitəsi yeni loqo təqdim edib. Loqotip komitənin bütün əsas tədbirləri, o cümlədən növbəti Avropa Oyunları və Avropa Gənclərinin Olimpiya Festivalında istifadə olunacaq. Burada 17 gün davam edən “Bakı-2015”in yaddaqalan anları mozaika formasında əksini tapıb.14349712765066227174Onların arasında Azərbaycan idmançılarından qadın güləşçi Mariya Stadnikin qələbə sevinci də yer alıb. Loqonun təqdimat mərasimində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib: “Bakı-2015” birinci Avropa Oyunları növbəti yarışlara nümunə olacaq standart və konsepsiyaları müəyyənləşdirdi. “Birinci Avropa Oyunları qitə idmanında əlamətdar an idi. Burada dünya və Olimpiya çempionları cəlbedici, çiçəklənən və gənc nəslin birinci dərəcəli idmançıları mübarizə aparırdı. “Bakı-2015” bu Oyunların yüksək standartını müəyyən etdi, 2019-cu və 2023-cü illərdə keçiriləcək Oyunlar üçün ən yüksək obrazını müəyyənləşdirdi. Bu yarış həm də qitə idmançılarına 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq üçün əla təkan oldu”.f4429082a2eb06eea61da978be4c3d27Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya birinci Avropa Oyunlarının təşkilində vacib rollarına görə təşəkkürünü bildirən Patrik Hikki vurğulayıb: “Bakı bu Oyunlar üçün fantastik məkan idi. Lakin biz daim gələcəyə baxırıq. Bunu nəzərə alaraq, qərara gəldik ki, Avropa Olimpiya Komitəsi üçün yeni loqotip hazırlayaq. Bu gözəl mozaika Bakını əbədiləşdirəcək və qitə mədəniyyətinin keçmişlə gələcəyini əks etdirəcək”.

Artıq Azərbaycan üçün ən böyük hədəf və uğur Yay Olimpiya Oyunlarını Bakıda keçirməkdir. İnanırıq ki, bu arzunun reallaşacağı gün də uzaqda deyil.

Aysel Sultanova

Bu xəbərə də bax

Taekvondoçumuz  Avropa çempionatının bürünc medalına sahib çıxıb

 Mayın 10-dan 13-dək Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatına yekun vurulub. Yarışda yığma …