Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2016” keçirilib

img_27816_slide2

Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2016” keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

14620805511587914936_1000x669

“Bakı Marafonu 2016” marafonunda kişilər arasında birinci yerə Namiq Əsədov, ikinci yerə Gürcüstan vətəndaşı Georqi Dameniya, üçüncü yerə isə Tural Sadıxlı çıxıblar. Qadınlar arasında isə finiş xəttinə ilk olaraq Rahidə Aslanova çatıb. Dövlət Bayrağı Meydanından saat 10:00-da start götürən marafonda iştirakçılar 21 km məsafə qət ediblər. Bakı Olimpiya Stadionunda başa çatan marafonda atletlər, siyasətçilər, tanınmış şəxslər, ictimaiyyət nümayəndələri və tələbələr yer alıblar.

14620965772727237474_1000x669

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Tədbirin strateji hədəfi Bakı marafonunu nüfuzlu idman tədbirlərindən birinə çevirmək və əcnəbi atletləri, qonaqları burada iştiraka həvəsləndirməkdir. “Bakı Marafonu 2016”nın missiyası həm də Azərbaycanın idman tarixində yeni mədəniyyət yaratmaqdır. Yarışların loqosunda Bakı şəhərinin və marafon yarışının xüsusiyyətlərini əks etdirən elementlər  yer alıb.
Marafona 16 yaşdan yuxarı şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar.
Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

14620895854046725246_1000x669

Marafonda birinci yerin qalibinə 3 min, ikinci yeri tutana 2 min, üçüncü yerə çıxana isə min manat məbləğində mükafat verilib.
Qeyd edək ki, bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 km, yarı marafonun məsafəsi isə 21 km-dir.
İdman tədbiri olmaqla yanaşı, marafon yarışları həm də xeyriyyə məqsədi daşıyır. 1981-ci ildə keçirilən məşhur London marafonu ən böyük xeyriyyə tədbiri kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Hazırda dünyanın bir çox ölkələrində xeyriyyə məqsədli marafonlar təşkil edilir.

14620965771363537933_1000x669

1462110817388492624_1000x669

14620789785666011967_1000x669

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …