Haqqımızda

 

2

Bu gün Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubu dörd yüzə yaxın  əməkdaşı, gənci, peşəkar idmançını birləşdirən fəal bir təşkilatdır.

Təşkilata, gömrük xidməti polkovniki Xəzər İsayev  rəhbərlik edir.

Dövlət Gömrük Komitəsi Sədri tərəfindən imzalanmış 1999-cu il  23 dekabr 078 saylı əmri ilə Dövlət Gömrük Komitəsi  İdman  Sağlamlıq  Mərkəzi yaradılmışdır. Mərkəz Əsas fəaliyyətinə isə  2001-ci ildən başlamışdır.

Komitə Sədri tərəfindən verilmiş 2013-cü il 01 oktyabr 100/075 saylı əmri ilə  İdman Sağlamlıq Mərkəzinin nəzdində “Gömrükçü” İdman Klubu yaradılmışdır.

İdman Sağlamlıq Mərkəzində 4 əməkdaş, “Gömrükçü”  İdman Klubunda isə 38 əməkdaş çalışır. Bunlardan 17 nəfəri idarə heyəti və texniki işçi, 21 nəfər isə məşqçi-müəllim kimi fəaliyyət göstərir. Mərkəzdə və Klubda 18 nəfər xüsusi rütbə daşıyan əməkdaşlardır.

Fəaliyyətimizə başlayan ilk gündən bu günədək  həm peşəkar kadrların  seçilib müvafiq vəzifələrə təyin edilməsində, həm də respublikamızda səriştəli perspektivli idmançı və məşqçi-müəllimlərin Mərkəzə cəlb edilmələri üçün daim geniş və məhsuldar işlər görülür. Klubun inkişaf  etdirilməsində  əsas məqsəd ölkə idmanına səmərəli töhvə verməkdir.

Dövlət Gömrük Komitəsinin 17 dekabr 2002-ci il tarixli 089 saylı əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası gömrük orqanlarında xüsusi fiziki hazırlıq üzrə fəaliyyətin təşkilinə dair təlimatın” tələblərin yerinə yetirilməsi və gömrük orqanı əməkdaşlarının fiziki cəhətdən sağlamlığını təmin etmək məqsədi ilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında Komitə Sədrinin müvafiq əmri ilə gömrükçülərin xüsusi fiziki hazırlığının yoxlanılması Mərkəzin təçkilatçılığı ilə mütəşəkkil şəkildə həyata keçirilir.

Keçən bu dövr ərzində fəaliyyət göstərən təşkilatın nəzdində 7 Olimpiya idman növü,-  14 isə qeyri-Olimpia idman növü tədris olunur.

Hazırda bu idman ocağında  təxminən 336 idmançı qeyd olunan idman növləri ilə məşğul olur.

Təşkilatımızın yetirmələrindən,  Dünya və Avropa çempionları olan Arif Abdullayev, Ağasi Məmmədov, Vüqar Namazov, Niyaməddin Paşayevi,Ramal Amanov, Rəşad Əhmədov, Quliyev Elsəvər, əməkdar məşqçi Sehriman Ağayev, Şahin İmranovu və başqalarını  göstərmək olar.

Mərkəzin futbol qadın komandası Azərbaycanın futbol tarixində ən yüksək nəticələr əldə edərək, UEFA kubokunun 4/1 mərhələsinədək yüksəlmişlər. O cümlədən yuksək nailiyyətlər  əldə edən güləşçilərimizdən Emin Əhmədov, İbrahim Nurullayevin idmanda göstərən nəticələrini ölkə idmanına xüsusi tohfəsi kimi qeyd etmək olar.

Təşkilatımızda məşqçi-müəllim kimi fəaliyyət göstərən dünya şöhrətli idmançılarımızdan Avropa və dünya çempionu, məşqçi-müəllim Bəxtiyar Hacıyev, fəxri  bədən tərbiyəsi və idman işçisi, SSRİ -nin əməkdar məşçisi İqdam Ələkbərov, əməkdar məşqçi İlham Məmmədov, Sadiq İsayev, Yaşar Məmmədov və digər peşəkar idman  mütəxəssisləri öz təcrübələrini  gənc nəslin sağlam böyüməsinə həsr etmişlər.

Bizim dövlət əhəmiyyətli, silsilə tədbirlərimizdən Dövlət  Gömrük Komitəsinini yubileyi ilə əlaqədar Gömrük  orqanları arasında ənənəvi futzal turniri,  güc orqanları arasında keçirilən idman tədbirləri mütəmadi olaraq Mərkəz tərəfindən həyata keçirilir. Xüsusi ilə qeyd etmək olar ki,  Ümummilli Liderimiz Heydər Əliyevin 90 illiyinə həsr olunmuş genişmiqyaslı tədbirlər də bizim fəaliyyətimizdə önəmli yer tutmuşdur.

İdman Sağlamlıq Mərkəzi və “Gömrükçü” İdman Klubu Dövlət Gömrük Komitəsi sistemində və digər müvafiq təşkilatlarda kargüzarlıq işinin müasir texnologiyalar əsasında Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemini (VAİS) günün tələbləri səviyyəsində qurmağa çalışmışdır.

Dövlət Gömrük Komitəsinin qayğısı və diqqəti sahəsində mütamadi olaraq  Gömrükçü İdman Klubunun təmsilçiləri ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda uğurlu çıxışlar etməkdədirlər.

Mərkəzin əsas məqsədi ölkəmizdə, eləcə də ölkəmizin hüdudlarından kənarda Azərbaycanın idmanını geniş şəkildə dünyaya çatdırmaq, qürur mənbəyimiz olan Azərbaycan Respublikasının üçrəngli Bayrağını dünyanın ən mötəbər idman arenalarında dalğalandırmaqdır.  Biz əldə edilmiş nəticələrlə kifayətlənməyib, daha möhtəşəm uğurlara imza atmaq niyyətindəyik.

İdman Hər bir ölkənin inkişafı üçün çox vacib bir sahədir.

 

Sizi, İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idman nailiyyətlərini izləmək, idmançı sıralarına qoşulmaq və idmanın geniş növlərini cəmiyyətimizdə təbliğ və inkişafına kömək etməyə dəvət edirik.