Gürcüstanın açıq çempionatından 1 gümüş,  1 bürünc medal

 Mayın 20-dən 23-dək Tbilisi şəhərində Gürcüstanın açıq çempionatı keçirilib. Azərbaycan yığma komandası bu yarışda 5 idmançı ilə təmsil olunub. Yeniyetmələr arasında çətinlik növü üzrə keçirilən yarışlarda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 2 idmançısı qüvvəsini sınayıb. 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında qüvvəsini sınayan Tükəzban Məmmədli gümüş, Ayan Əliyeva isə bürünc medal qazanıb. Qeyd edək ki, yarışda Azərbaycan və Gürcüstan dırmanıcıları ilə yanaşı, İran komandasından ümumilikdə  41 idmançı mübarizə aparıb.

Qeyd edək ki, bu nəticə Azərbaycan komandasının qeyd olunan yaş qrupu üzrə ilk beynelxalq uğurudur.

 

Bu xəbərə də bax

Təmsilçilərimiz Arkoda idman dırmanması üzrə yarışlarda çıxış edirlər

   Avqustun 3-də İtaliyanın Arko şəhərində idman dırmanması üzrə “Rock Junior” festivalına start verilib. Yarışda Azərbaycan …