Güllə atıcılığı üzrə açıq birincilik keçirilib

DSC_0148
Mayın 1-2-də Bakıda Dövlət Gömrük Komitəsi və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları arasında güllə atıcılığı üzrə açıq birincilik keçirilmişdir.
Daxili İşlər Nazirliyinin Atıcılıq Tirində təşkil olunmuş yarışa 10 dövlət qurumunun – Dövlət Gömrük Komitəsi, Respublika Baş Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Vergilər və Ədliyyə nazirlikləri, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları qatılmışdır.
Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı çıxış edərək dünya şöhrətli dövlət xadimi, müdrik şəxsiyyət Heydər Əliyevin doğum gününün hər il ölkəmizdə və onun hüdudlarından kənarda böyük məhəbbətlə qeyd olunduğunu vurğulayıb. Baş İdarənin rəisi bu münasibətlə təşkil olunan hüquq-mühafizə orqanlarının əməkdaşları arasında güllə atıcılığı üzrə açıq birinciliyinin ənənəvi xarakter aldığını və  bu cür tədbirlərin dahi rəhbərə sevgi və ehtiramın ifadəsi olduğunu qeyd edərək idmançılara uğurlar arzulayıb.
Vurğulanmışdır ki, bu cür tədbirlərin keçirilməsi hüquq-mühafizə orqanları əməkdaşlarının, eləcə də gömrükçülərin peşə hazırlığı səviyyəsinin yüksəlməsinə xidmət edir və hüquq-mühafizə orqanları əməkdaşlarının silahdan istifadə qabiliyyəti yüksək səviyyədə olmalıdır.
Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş  hüquq-mühafizə orqanlarının əməkdaşları arasında güllə atıcılığı üzrə açıq birinciliyi əlamətdar hadisə kimi dəyərləndirmiş və yarışda fəal iştirak edən dövlət qurumlarının komandalarına razılığını ifadə etmişdir. Güllə atıcılığı üzrə açıq birinciliyin bugünlərdə keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayan X.İsayev ümummilli lider Heydər Əliyevin Azərbaycanda bütün sahələrə, o cümlədən, idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açmış, uşaqların və gənclərin sağlam mühitdə böyüməsinə yönələn bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, bölgələrimizdə gənclərin idmana və bədən tərbiyəsinə axınını, eləcə də respublikamızın rayonlarında dünya standartlarına cavab verən Olimpiya idman komplekslərinin istifadəyə verilməsini, bu işlərin geniş vüsət almasını dövlətimizin idmana verdiyi yüksək dəyərin bariz nümunəsi kimi səciyyələndirmişdir.
Daha sonra ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları arasında güllə atıcılığı üzrə açıq birinciliyə start verilmişdir.
İki gün davam edən yarışda Daxili İşlər Nazirliyinin komandası birinci (304 xal), Milli Təhlükəsizlik Nazirliyinin komandası ikinci (303 xal), Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası üçüncü (283 xal), Dövlət Gömrük Komitəsinin 2-ci komandası isə (276 xal) dördüncü yeri qazanmışdır.
Şəxsi birincilikdə isə PM-1 hərəkəti üzrə iştirakçılardan Xəlil Xəlilov (Xüsusi Dövlət Mühafizə Xidməti) birinci, Pərviz Kəngərli (Dövlət Gömrük Komitəsi) ikinci, Orxan Şaldıyev (Milli Təhlükəsizlik Nazirliyi) üçüncü yerləri tutmuşlar.
Şəxsi birincilikdə PM-5 hərəkəti üzrə isə Xalıq  Bayramov (Milli Təhlükəsizlik Nazirliyi) birinci, Tamerlan  Bəşirov (Daxili İşlər Nazirliyi) ikinci, Riyad  Allahverdiyev (Vergilər Nazirliyi) üçüncü yerlərə layiq görülmüşlər.
Qaliblərə kubok, diplom və medallar təqdim edilmişdir.
DSC_0050
DSC_0058
DSC_0064

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.