Güləşçimiz II Dünya təsnifat turnirində bürünc medal əldə edib

13123310_1612711612382333_7476394296180906085_o-16758-920-485-100-wm-right_bottom-100-imageswmpng

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilib. Yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edib. İlk yarış günündə 66 kq çəkidə yunan-Roma güləşçimiz Rəsul Çunayev Rio Olimpiadasına vəsiqə qazanıb.
İkinci yarış günündə qadın güləşçilər mübarizə aparıb. 75 kq çəkidə mübarizə aparan güləşçimiz, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçisi Gözəl Zutova ilk görüşdə Hindistanlı Kiran Kiranı, ardınca isə Monqolustanlı Burmaa Oçirbatı vaxtından əvvəl tam üstünlüklə məğlub edib. Yarımfinalda Almaniya təmsilçisi Maria Selmaier ilə gərgin keçən görüşdə güləşçimiz təəssüf ki, uduzaraq finala yüksələ və Olimpiadaya vəsiqə əldə edə bilməyib. Gözəl Zutova bürünc medal uğrunda görüşə çıxıb. Norveç təmsilçisi Maria Solheim üzərində tam üstünlüklə qələbə qazanan güləşçimiz təsnifat turnirinin bürünc medalına yiyələnib. Məlumat üçün bildirək ki, güləş yığmalarımız Rio-de Janeyro Olimpiya Oyunlarına 14 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 5, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.

75 kq
1/8 final – Kiran Kiran (İND) – Gözəl Zutova 0:2 (tuşe)
1/4 final – Gözəl Zutova – Burmaa Oçirbat (MGL) 4:0 (tuşe)
1/2 final – Maria Selmaier (GER) – Gözəl Zutova 12:5
Bürünc medal görüşü – İselin Maria Moen Solheim (NOR) – Gözəl Zutova 0:8
13128889_1240962935928729_1941800321_o-16757-920-485-100-wm-right_bottom-100-imageswmpng

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …