Güləşçilərimiz Respublika Turnirində uğur əldə ediblər

52427

İyulun 10-12-də Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mingəçevir Milli Qəhrəmanlarının xatirəsinə həsr olunan yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə Respublika turniri keçirilmişdir.

Təşkil olunan turnirdə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun sərbəst güləş bölməsinin idmançıları məharətlə iştirak edərək müxtəlif çəki dərəcələrində nəticələr əldə etmişlər.

Yeniyetmələrimizdən  Sadıqov Cavid Zamin oğlu 35 kq çəki dərəcəsində III yer,Əsgərov Tural Ələkbər oğlu 38 kq çəki dərəcəsində I yer, İsmayılov Turan Əlizamin oğlu 76 kq çəki dərəcəsində II yer və Sadıqov Sarvan Mirzəxan oğlu 50 kq çəki dərəcəsində II yer tuublar.

İdmançılarımızı bu yarışlara Klubun sərbəst güləş bölməsinin baş məşqçisi İsayev Sadiq və məşqçi-müəllim Məmmədov İlham hazırlayıb.

Mərkəzin baş direktoru Xəzər İsayev yeniyetmələrimizi təbrik etmiş və onlara  növbəti yarışlarda  uğurlar arzulayıb.

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.