Güləş üzrə komandamız birinci olub

 

Fevralın 5-də Hövsan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsinə həsr edilmiş yunan-Roma güləşi üzrə IV “Birlik” xeyriyyə turniri keçirilib. Yarışda 2004-2006-cı illər təvəllüdlü idmançılar qüvvələrini sınayıblar. Turnirdə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunu 2 komandanın tərkibində 20 idmançı təmsil edib. Komandamız uğurla çıxış edərək birinci pillədə qərarlaşıb. “Gömrükçü” İdman Klubunun yunan-Roma güləşi üzrə məşqçisi Araz Maqsudov “Birlik” Xeyriyyə Turnirində “Məşqçinin həftəlik dərs planı” seminar proqramının dinləyicisi kimi “Mən maarifləndim” diplomu ilə təltif edilib.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …