Güləş üzrə Bakı birinciliyində 2 qızıl, 6 bürünc medal əldə olunub

Martın 28-29-da Hövsan Olimpiya İdman Kompleksində güləş üzrə Bakı birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri də qüvvələrini sınayıblar. Sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən yarışlarda klubun məşqçi-müəllimi Cavid İbrahimovun yetirmələri İsmayıl Cabbarlı (70 kq) qızıl, İzzət Aşurov (73 kq), Mahir Mehralıyev (85 kq), Elvin Əliyev (59 kq) bürünc medallara sahib çıxıblar. Yunan-Roma güləşi üzrə keçirilən yarışlarda isə məşqçi-müəllim Nazim Əhmədovun rəhbərliyi altında Pərviz Dadaşov (35 kq) qızıl, Fəraim Mustafayev (35 kq), Fazil Qasımov (56 kq), Fərid Əhmədov (66 kq) bürünc medallar qazanıblar.

 

Bu xəbərə də bax

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında keçirilən futzal üzrə ənənəvi çempionatın püşkatma mərasimi keçirilib

Fevralın 15-də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan …