«Gömrükçü»İK-nın təmsilçiləri Açıq Azərbaycan çempionatında iki gümüş medal qazandı 

 

DSC_1489

Noyabrın 7-8-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə «Climbaku» İdman Dırmanması Mərkəzində idman dırmanması üzrə açıq respublika çempionatı keçirilib. Azərbaycanın bölgələrini təmsil edən komandalar da daxil olmaqla 32 idman klubunu təmsil edən 100-dən çox idmançının iştirak ilə boulderinq növü üzrə keçirilən yarış üç mərhələdə (təsnifat, yarımfinal və final) təşkil edilib.

Çempionatda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman klubunu 4 idmançısı çıxış edib. Çempionluq uğrunda kişilər arasında Çingiz Tağızadə, Tamerlan Binnətov, Amil Hüseynov, qadınlar arasında Aysel Sultanova mübarizə aparıblar. Təmsilçilərimizdən Çingiz Tağızadə və Aysel Sultanova gümüş medala layiq görülüblər. Ümumi hesabda «Gömrükçü»İK ikinci pillədə qərarlaşaraq kubok və diploma layiq görülüb. Qaliblərə Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosasiyasının, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının diplom və medalları təqdim olunub.

ad

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.